Tekirdağ Namık Kemal Universiteti ilə Bakı Dövlət Universiteti arasında Mövlanə mübadilə protokolu imzalanıb

Bakı Dövlət Universiteti (BDU) ilə Türkiyənin Tekirdağ Namık Kemal Universiteti arasında Mövlanə mübadilə protokolu imzalanıb. Müqaviləni BDU-nun rektoru Elçin Babayev və Tekirdağ Namık Kemal Universitetinin rektoru Mümin Şahin imzalayıblar.

BDU-dan bildirilib ki, müqavilə çərçivəsində bakalavrların, tədqiqatçıların və akademik heyətin mübadiləsi nəzərdə tutulur.

2006-ci ildə əsası qoyulmuş Tekirdağ Namık Kemal Universitetində 30000 tələbə təhsil alır. On bir fakültədə müxtəlif ixtisaslar üzrə kadr hazırlığı həyata keçirilir. Universitetdə 3 institut, 12 peşə məktəbi və 16 araşdırma mərkəzi fəaliyyət göstərir.

Bir cavab yazın

Your email address will not be published.