İsrailin SEPAH-ı vurması erməni müxalifətini qorxutdu

Toqquşmaların miqyası genişlənərsə (Yaxın Şərq nəzərdə tutulur – red.), bunun xüsusilə Ermənistana hansı təsirinin olacağını təsəvvür etmək olar.

Theazerbaijantimes.az Axar.az-a-istinadən xəbər verir ki, bu sözləri Ermənistanın “Şərəfim var” fraksiyasının deputatı Tiqran Abramyan sosial şəbəkə hesabında yazıb.

“Suriya paytaxtına həyata keçirilən hücum nəticəsində SEPAH-ın yüksək rütbəli zabitləri həlak olub. Zərbə nəticəsində Suriya tərəfi də itki verib. SEPAH döyüşçüləri və yüksək rütbəli zabitləri daim hədəfə alınır, çünki onun ayrı-ayrı bölmələri müxtəlif ölkələrdə xüsusi əməliyyatlara cavabdehdir və müxtəlif ölkələrin himayəsi altında fəaliyyət göstərən terror şəbəkələrinin hədəfinə çevrilir.

İlin əvvəlində İranda məşhur komandir Qasım Süleymaninin 4-cü ildönümü münasibətilə keçirilən mərasimdə terror aktı törədilib, bundan sonra İranın ən güclü bölməsi olan SEPAH cəza tədbirləri görür, dünyanın müxtəlif yerlərində antiterror əməliyyatları aparır.

Regionda ehtiraslar qızışır və bir-birinə vurulan zərbələrin ən təhlükəli həddə çatacağı, toqquşmaların miqyasının kəskin şəkildə genişlənəcəyi istisna edilmir.

Bunun Cənubi Qafqaza, xüsusən də hökuməti tərəfindən kor-koranə düşmənlərinin qucağına atılan Ermənistana necə təsir edəcəyini təsəvvür etmək olar”, – Tiqran Abramyan bildirib.

Bir cavab yazın

Your email address will not be published.