Çinin nəhəng teleskopu yadplanetli sivilizasiyaların izlərini aşkar etdi

Çinin rəsmi elmi qurumunda yerdən kənar canlıların olduğuna dair dəlillərlə əhatə edilmiş hesabat dərc edilib. Hesabat dərc edildikdən az müddət sonra tələsik silinib.

Belə ki, elm adamları Çinin ən böyük radio teleskopu olan FAST ilə süni radio siqnalları təsbit etdiklərini iddia ediblər. Çin tədqiqatçıları yerdən kənar sivilizasiyaların mövcudluğuna dair sübutlar tapdıqlarını iddia edirlər.

Dövlət tərəfindən maliyyələşdirilən “Science and Technology Daily” saytının xəbərinə görə, ölkənin nəhəng teleskopunun “Sky Eye” yadplanetli sivilizasiyaların izlərini aşkar edib. Sözügedən hesabatın qısa müddət sonra  silindiyi görülüb.

Dünyanın ən böyük radioteleskopu olan “Sky Ey”e tərəfindən kəşf edilən dar zolaqlı elektromaqnit siqnalları indiyə qədər çəkilənlərdən fərqlidir. Komandanın bu siqnalları daha yaxından araşdırdığı bildirilir. Çinin “Sky Eye” kimi tanınan Qlobal Radio Teleskopu (FAST) rəsmən yadplanetlilərin ovuna başlayıb.

FAST-ın yeni missiyası dərin kosmosu araşdırmaq və yerdənkənar həyatın sübutunu təmin edə biləcək radio siqnalları tapmaqdır. Məlumata görə, 2020-ci ildə aşkar edilən bu siqnalların süni ola biləcəyi bildirilib.

Çindəki “Sky Eye” aşağı tezlikli radio zolağında son dərəcə həssasdır və yadplanetli sivilizasiyaların öyrənilməsində mühüm rol oynayır. Bununla belə, ekspertlər sözügedən siqnalların radio müdaxiləsi ola biləcəyini də deyirlər.

Bir cavab yazın

Your email address will not be published.