Publisher Theme
I’m a gamer, always have been.

Rusiya Dəməşq hava limanını mühafizə etmədi

İsrailin Dəməşq hava limanına hücumundan sonra Rusiya ilə İran arasında ciddi gərginlik yaranıb. Bu barədə İsrail mediası Livanın “Əl-Əkbər” qəzetinə istinadən yazır.

0

Qəzet yazır ki, İsrail hadisədən bir saat əvvəl Dəməşq hava limanının atəşə tutulması barədə iki ölkənin hərbçiləri arasında mövcud olan təcili rabitə kanalları vasitəsilə Rusiyanı məlumatlandırıb. Hücum nəticəsində hava limanı fəaliyyətini dayandırıb.

Bundan əvvəl Rusiya qüvvələri Dəməşq hava limanını hava hücumundan müdafiə etməklə İsrailin hücumlarından qorumağa söz vermişdi. Bu dəfə İsrail iranlıların Suriya və Livana hərbi texnika və silah daşımaq üçün mülki və yük təyyarələrindən istifadə etdiyini bildirib. Mayın sonunda ilk hücum o qədər də uğurlu alınmadı – İran təyyarəsi yerə enə bildi, sonuncu hücum nəticəsində hava limanı sıradan çıxdı.

Bundan sonra suriyalılar və iranlılar ruslardan “İsrailin Suriyanın mülki obyektlərinə və infrastrukturuna hücumlarını dayandırmağı və öhdəliklərini yerinə yetirməyi” tələb ediblər. Bəşər Əsəd Tehrana səfər edib, orada ruhani lider Əli Xamenei və prezident İbrahim Rəisi ilə görüşüb.

Ruslara bildirilib ki, İsrailə aid edilən hücumlar bütün sərhədləri keçib və Moskva bunu dayandırmalıdır. Hazırda ruslar İsrailin hərəkətlərinə “barmaq arası” baxırlar.

theazerbaijantimes.az

Bir cavab yazın

Your email address will not be published.