Türkiyə Kiprdə “iki bərabər dövlət” prinsipinin tərəfdarıdır

LEFKOSA

Türkiyə Kiprdə “iki bərabər dövlət” prinsipinin tərəfdarıdır. Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bazar ertəsi Lefkoşada Şimali Kipr Türk Cümhuriyyətindən (ŞKTC) olan həmkarı Tahsin Ərtoğruloğlu ilə görüşündən sonra deyib.

Xarici işlər nazirliklərinin rəhbərləri dar və geniş tərkibdə danışıqlar aparıblar.

“Türkiyə danışıqlar prosesində (Kiprlə bağlı) aydın və dəqiq mövqeyə sadiqdir. Nyu-Yorkda BMT-nin baş katibi Antonio Quterreşlə Kipr məsələsini müzakirə etdik və hər platformada bu məsələni qaldırdıq. Kiprlə bağlı qərar iki suveren dövlət prinsipinə əsaslanmalıdır. Hər platformada Ankara və Lefkoşanın mövqeyini aydınlaşdırırıq. Biz bu barədə təkcə BMT-yə deyil, bütün ölkələrə, eləcə də Avropa İttifaqına danışırıq”, – deyə nazir bildirib.

Diplomatiya rəhbəri Kipr probleminin 1974-cü ildə başladığı barədə fikir formalaşdırmağa çalışan Yunanıstan və Rum Kiprin qərəzli mövqeyinə diqqət çəkib.

“Əslində problemin mənşəyini 1955-ci ildə axtarmaq, 1960-cı ildən sonra isə daha da kəskinləşdiyini qeyd lazımdır. Biz bunu hər yerdə bəyan edirik və ŞKTC-nin beynəlxalq statusunun yüksəldilməsi üçün səylər göstəririk. Yeni ölkələrdə Türk Kipr nümayəndəliklərinin açılması planlaşdırılır”, – Çavuşoğlu bildirib.

Diplomatiya rəhbəri qeyd edib ki, ŞKTC də İslam Əməkdaşlıq Təşkilatı və İqtisadi Əməkdaşlıq Təşkilatında statusa malikdir, həmçinin Türk Dövlətləri Təşkilatında müşahidəçi statusu almaq üçün müraciət edib.

Nazir bildirib ki, ŞKTC-nin müraciətinə ilin sonunda Türk Dövlətləri Təşkilatının Özbəkistanda keçiriləcək iclasında baxılacaq.

theazerbaijantimes.az

Bir cavab yazın

Your email address will not be published.