Publisher Theme
I’m a gamer, always have been.

Putinin hərbi cinayətləri araşdıralacaq

"Nasist ovçusu" Rusiyanın Ukraynadakı cinayətlərini araşdıracaq

0

Ukraynada hərbi cinayətləri araşdıran qrupa ABŞ Ədliyyə Nazirliyinin ən məşhur “nasist ovçusu” adlandırılan zabiti Eli Rosenbaum rəhbərlik edəcək.

Bunu ABŞ-ın baş prokuroru Merrik Qarlend deyib.

“Müharibə cinayətkarlarının gizlənəcək yerləri yoxdur. ABŞ Ədliyyə Nazirliyi Ukraynada hərbi cinayətlər və digər vəhşiliklər törədənləri məsuliyyətə cəlb etmək üçün bütün imkanlardan istifadə edəcək”, – Qarland bildirib.

Onun sözlərinə görə, qrupa insan hüquqlarının pozulması və hərbi cinayətlərlə bağlı işlərin araşdırılması üzrə aparıcı mütəxəssislər daxil olacaq.

Eli Rosenbaum 1994-2010-cu illərdə ABŞ Ədliyyə Departamentində Xüsusi Təhqiqatlar İdarəsinə rəhbərlik edib. O, digər işlərlə yanaşı, nasist hərbi cinayətkarlarının axtarışı və deportasiyası ilə məşğul olurdu, həmçinin onları Amerika vətəndaşlığından məhrum etməyə çalışırdı.

İngilis tarixçisi Qay Uolters Rozenbaumu tarixin ən uğurlu “Nasist ovçusu” adlandırıb. Onun hesabında 100-dən çox faşist var.

theazerbaijantimes.az

 

Bir cavab yazın

Your email address will not be published.