Cəbrayıl rayonu 1 nömrəli tam orta məktəb Ulu Öndərin 100 illiyini fərqli formatda qeyd edib-VİDEO+FOTO

Cəbrayıl rayonu 1 nömrəli tam orta məktəbdə “Heydər Əliyev İli” çərçivəsində Ulu Öndərin 100 illik yubileyinə həsr olunmuş ədəbi-bədii tədbir keçirib.

Kanal32.az “Azərtac”a istinadən xəbər verir ki, tədbir Dövlət Himninin səsləndirilməsi, müstəqil Azərbaycanın banisi ulu öndər Heydər Əliyevin və Vətən şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Tədbirdə ictimaiyyət nümayəndələri, məktəbin pedaqoji heyəti və şagirdlər iştirak ediblər.

Cəbrayıl rayonu 1 nömrəli tam orta məktəbin direktoru Şahnazxanım Şükürzadə ümummilli lider Heydər Əliyevin təhsilə, elmə verdiyi önəmdən, diqqət və qayğısından danışıb, deyib ki, “Heydər Əliyev İli” çərçivəsində bir-sıra tədbirlər həyata keçiriblər.

Tədbirdə məktəb şagirlərinin ifasında səhnələşdirilmiş kompozisiyalar nümayiş olunub,şeirlər səsləndirilib,ədəbi-bədii proqram təqdim olunub. Ən diqqətçəkən məqamlardan biri də həm səhnə tərtibatında milli ornamentlərimizə üstünlük verilməsi, həm də şagirdlərin ifa etdiyi rollarda milli geyimlərimizdən istifadəsi olub.

/kanal32.az/

Bir cavab yazın

Your email address will not be published.