“Ailələrə Sosial Dayaq” İB qadınları hüquqi baxımdan maarifləndirib-FOTO

“Ailələrə Sosial Dayaq” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Gender bərabərliyinin və qadın hüquqlarının cəmiyyətə fəal surəttə təşviq edilməsi və cəmiyyətin bu sahədə rolunun gücləndirilməsi” adlı layihəyə start verib.

Kanal32.az-a verilən məlumata görə,layihə çərçivəsində 02.10.2022-ci il tarixində “Gender bərabərliyi nədir?” adlı təlim təşkil olunub. Tədbirdə  layihə rəhbəri Leyla Əmiraslanova çıxış edərək layihə haqqında iştirakçıları məlumatlandırıb. Daha sonra təlimçi, psixoloq və hüquqşünas çıxış edərək “Gender bərabərliyi nədir?” mövzusunda maarifləndirici məlumatlar veriblər. Tədbir qarşılıqlı disskusiya ilə başa çatıb.

Qeyd edək ki,layihədə  Mingəçevir şəhərində fəaliyyət göstərən qadın qurumları ,müvafiq qurumlar , könüllülər və layihə iştirakçıları iştirak edirlər.

Layihəyə şəhər və şəhər ətrafında yasayan 18 yaşdan yuxarı qız və qadınlar, o cümlədən layihəyə cəlb olunub. Layihənin əsas məqsədi  maarifləndirici kampaniyaların təşkili yolu ilə Gender bərabərliyi və qadın iştirakçılığının təmin olunmasına yardım etməkdən ibarətdir .

       

Kanal32.az

Bir cavab yazın

Your email address will not be published.