Yevlax məktəbində “Unudulmayan qəhrəmanlar” adlı anım tədbiri keçirilib-FOTOLAR

Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatının və Mərkəzi Aran Regional Təhsil İdarəsinin Yevlax şəhər M.Ə.Sabir adına 2 nömrəli tam orta məktəbinin birgə təşkilatçılığı ilə Yevlax şəhər M.Ə.Sabir adına 2 nömrəli tam orta məktəbdə Kəlbəcər rayonunun şəhid Milli qəhrəmanları polis mayoru Şahlar Şükürov və Sərdar Səfərova həsr olunmuş “Unudulmayan qəhrəmanlar” adlı anım tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Daha sonra Milli qəhrəmanlarımızın həyatından bəhs edən videoçarx və şagirdlər tərəfindən şəhidlərimizə həsr edilən ədəbi-bədii kompozisiya nümayiş olunub.

Tədbirdə Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, Yevlax Rayon Prokuroru Ceyhun Almasov, Yevlax şəhər 2 nömrəli tam orta məktəbin direktoru Sədaqət Şükürova, Yevlax şəhər 2 nömrəli tam orta məktəbin Əməkdar müəllimi Leyla Səlimova və EL televiziyasının aparıcı-redaktoru, Beynəlxalq Jurnalistlər Federasiyasının üzvü İnqilab Şirinli çıxışlarında Milli qəhrəmanlarımızın həyatı, təhsil illəri və şərəfli döyüş yolu haqqında geniş məlumatlar veriblər. Milli qəhrəmanların tanıdılması məqsədilə təşkil edilən tədbirin təqdirəlayiq olduğu vurğulanıb.

Çıxışlarda Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Ordumuzun qazandığı Qələbədən söhbət açılıb, şəhid ailələrinə göstərilən yüksək diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıq ifadə olunub.

Tədbirin sonunda Yevlax şəhər 2 nömrəli tam orta məktəbin bir neçə müəllimi Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatının fəxri fərmanları ilə təltif edilib.

   

Bir cavab yazın

Your email address will not be published.