XIX əsrə qədər ermənilərin nə ədibi, nə yazıçısı, nə də tarixçisi olmuşdur. Dilləri də türk dili olmuşdur.

XVIll-XlX əsrə qədər ermənilərin nə tarixçisi, nə ədəbiyyatçısı, nə də ədibi olmayıb, danışıq dilləri isə türk (tatar dilinin dialekti) olub.

XIX əsrə qədər ermənilərin nə ədibi, nə yazıçısı, nə də tarixçisi olmuşdur. Dilləri də türk dili olmuşdur.

İlk öncə qeyd edək ki, Arminiya (Ərməniyyə, Ermənistan) XVIl əsrə qədər fiziki-coğrafi ərazi, XVll-XlX əsrlərdə ermənilik (monofizit qriqoryan) dini icma, 9 əsrdən sonra xalq kimi formalaşıb. XlV əsrdə yaşamış Xeton Armenin 1307 ci ildə Roma Papası V Klementin sifarişi ilə yazdığı “Şərq torpaqlarının məşhur tarixi” kitabında qeyd edir: “Armeniya fiziki-coğrafi ərazidir. Bu ərazilərdə yaşayanları isə ermənilər adlandırırlar. Onlar tartarlar kimi geyinir, onlar kimi danışırlar, hətta geyimlərində də heç bir fərq yoxdur.”
Pyer d’Aviti (1573-1635) yazıçı, coğrafiyaçı, hərbçi: “Ermənilik xristian dini icmasıdır, sayları Osmanlı torpaqlarında 20 min ailədir (müqayisə üçün xalkedonçu Melxitlərin sayı 150 min ailədir). Danışıq dili isə tartar dilinin bir dialektidir”

Avropadan gələn izuitlərin (latındilli katoliklər) missionerləri Osmanlı torpaqlarına gələndə hamısı türk dilini öyrənirdilər. İzuitlərin başçısı Tomas Fletyo yazır: ”Ermənilərin danışıq dilindən başqa bir ibadət dilidə var ki, ancaq dini rituallarda istifadə edirlər. Bu dili sadə xalq başa düşmür (onsuzda başa düşmürdülər)  və din xadimləri  bu dildə danışmağı qadağan ediblər. Bu ibadət dili latın, fransız, yunan, qıpçaq dilinin (çox güman ki, qrabar deyilən dil budur) qarışığından idarətdir.

Jak Şaqan Deserbye – fransız tarixçisi, Fransız Kral Akademiyasının üzvü 1806 ci ildə yazdığı “Qədim Asiyanın maraqlı tarixi” kitabında qeyd edir: ”Erməni danışıq dili türk, tatar dilinin bir dialektidir.”

"<yoastmark

V əsrdə “yaşamış” erməni tarixçisi Moisey Xorenskinin, əlifbanın banisi Mesrop Maştosun adı XVlll əsrə qədər heç bir mənbələrdə çəkilmir.

1695 ci ildə ilk dəfə Amsterdamda, latın dilində M. Xorenskinin “Armeniya tarixi” (orginal yoxdur) çap olunur.  1736 da isə Londonda ikinci nəşr olunur.

1885 ci ildə, Erməni tarixçi professor  Potkanov yazır: ”Əgər Moisey Xorenskinin tarixindən mxitaristlərin əlavəsini çıxarsaq, I-ll əsrdə yaşamış Ptolomeyin” Coğrafiya “ əsərindən başqa beç nə yoxdur.

Erməni (alban) əlifbasının banisi isə Xlll əsr mənbələri də qeyd etdiyi kimi, Mesrop Maştos deyil, İohan Zlataustdur.

Sen Marten 1818 ci ildə,  “Armeniya haqqında coğrafi və tarixi qeydlər” kitabında

qeyd edir ki: “Bu kitab ermənilər haqqında ilk yazıdır”. Yəni,  erməni tarixçiləri, ədəbiyyatçıları haqqında heç nə yoxdur.

Alain Manesson Mallet, XVll-əsr  kartoqrafı “Dünyanın təsviri” kitabında qeyd edir: “ermənilik dini icmadır”, 1828 ci ildə, Türkmənçay müqaviləsindən sonra Cənubi Azərbaycan, Osmanlı ərazisindən Azərbaycana köçürülən haylarla birlikdə nestorian, yakovit dini icmalarından ibarət (baxmayaraq ki, fərqli dillərdə danışırdılar) 10 minlərlə xristian dininə mənsub insanları köçürdülər və bunlar üçün hay dilinin qrammatikası əsasında yeni erməni “aşxrabar” dilinin əsası qoyuldu”.

Müqəddəs Lazar adasında, Modon qalasında sığınacaq tapan katolik ermənilər özləri üçün saxta tarixçı, saxta ədəbiyyatçı “yaratmağa” nail oldular.

Hal-hazırda mxitaristlər “müasir erməni dilini”, “tarixini” yaradaraq, erməni hərfləri ilə türk dilində yazılmış yazıları tərcümə edərək  orginalın məhv edilməsinə nail olublar.

Şahlar Hacıyev,

Tarixçi Alim.

theazerbaijantimes.az

Bir cavab yazın

Your email address will not be published.