Türkiyədə tanınmış simalara “Vəfa” mükafatı təqdim edilib-FOTOLAR

44 günlük Vətən müharibəsində əldə etdiyimiz  Zəfərimizin ikinci ildönümü münasibətilə Azərbaycan Jurnalıst Qadınlar Assosiasiyası  yeni “Vəfa” mükafat  təsis edilib.

Theazerbaijantimes.az-xəbər verir ki,noyabrın 4-də Türkiyənin Pendik Bələdiyyəsinin dəstəyi və dəvəti ilə İstambulda Atatürk Mərkəzində  Assosiasiyasının rəhbəri Sevil Yusifova “Vəfa” mükafatlarını sahiblərinə təqdim edib.

O, tədbirdə çıxış edərək, tədbir iştirakçılarını salamlayıb və Vətən muharibəsində qazandığımız Şanlı Qələbədə türk qardaşlarımızın da öz payı olduğunu diqqətə çatdırıb. Natiq, Prezıdent İlham Əliyevin  qətiyyəti, ordumuzun şücaəti, qəhrəmanlığı barədə və tarixi köklərə malik Azərbaycan-Türkiyə qardaşlığı haqqında da söhbət açıb. Sevil Yusifova 44 günlük Zəfər Savaşımız zamanı bizim yanımızda olan bütün türk xalqına, qurum və təşkilatlara, xüsusilə Türk mediasına təşəkkür edib.

Sonra mükafatlar sahiblərinə təqdim olunub. Mükafat alanlar arasında  Uşaq Oyunları Spor Klubları Federasiyasının (COSKF) başkanı Mehmet Mutlu ,  İstanbul Qızılay komitəsi başkanı Kadem Ekşi, İnsan  Hak ve Hüriyyetleri Yardım Vakfınınn (İHHF) Orta Asiya-Kafkasiya masası başkanı Salih Cundullah Tanış, Türkiye Radio ve Televiziya Kurumunun ( TRT TV) xəbər  koordinatoru Sabri İşbilen, Yeni Şafak medıya qurumunun xarici xəbərlər şefi Sernur Yassıkaya,  TVNET-in müxbiri Yunus Emre Şahbenderoğlu, Bengü Türk TV-nin İstanbul müxbiri Elif Yeşilalıoğlu,  Ana Haber TV, Yurd və İstanbul xəbər müdiri  Kerim Ulak da vardı.

Jurnalist Qadınlar Assosiasiyası Azərbaycanın haqq səsinin dünyaya yayılmasında əməyi olan : Ankara Əmniyyət müdiri Ahmet Sula, Haberler.com Mediya şirketinin rəhbəri  Bədia Teymur, Türkiye dövlət sənətçisi Mehmet Tarakçı, “Focus creative” şirkətinin rəhbəri Akif Karaman, Pendik bələdiyyə başqanı Ahmet Cin, “Buson Collection”-un rəhbəri Songül Başar da Fəxri fırmanla təltif edildi.

Qeyd edək ki,tədbirin aparıcısı məşhur teatr oyuncusu,  yazar  Mustafa Sefa  Güvenrin idi.

     

Bir cavab yazın

Your email address will not be published.