Publisher Theme
I’m a gamer, always have been.

Türkiyə avtomobil komponentlərinin ixracını 13 milyard dollara çatdırmağı planlaşdırır

Avtomobil sənayesinin ixracında komponentlərin payı 40 faizi ötüb

0

BURSA

Türkiyə avtomobil sənayesinin bu ilin sonunda hədəfi komponentlərin ixracının həcmini 13 milyard dollara çatdırmaqdır. Bu barədə Anadolu Agentliyinə Avtomobil Komponentləri Dərnəyinin (TAYSAD) sədri Albert Saydam məlumat verib.

TAYSAD rəhbəri xatırladıb ki, 2021-ci ildə Türkiyədən avtomobil hissələrinin ixracı 11,8 milyard dollar təşkil edib ki, bu da avtomobil sənayesinin ümumi ixracının 40 faizini ötür. “Təkcə bu ilin ilk 6 ayında biz 6,5 milyard dollarlıq ixrac rəqəminə çatmışıq. Bu o deməkdir ki, ilin sonuna 13 milyard dollara çatmaq kifayət qədər realdır ki, bu da ötən illə müqayisədə təxminən 10 faiz çoxdur”, – Saydam bildirib.

Assosiasiya rəhbəri sənayenin artım tempinin artırılmasının və elektriklə işləyən avtomobillərə keçidin vacibliyini qeyd edib.

O, vurğuladı ki, 2020-ci illərdə əldə edilən uğurları davam etdirmək üçün 2030-cu illərdə elektromobillərin transformasiyası prosesinin bütün sənayeni əhatə etməsi zəruridir. “Artıq batareya baxımından iki mühüm investisiya qoyulub. Təchizatçılar xaricdə yığılmış elektronika, proqram təminatı və mühərriklərdən asılılığı azaltmalıdırlar. Artıq bu istiqamətdə işlər aparılır”, – deyə Saydəm bildirib.

Assosiasiya rəhbəri qeyd edib ki, Türkiyə avtomobil sənayesi üçün ən böyük bazarı 60 faiz alış payı ilə Avropa İttifaqı (Aİ) ölkələri təşkil edir.

theazerbaijantimes.az

Bir cavab yazın

Your email address will not be published.