Publisher Theme
I’m a gamer, always have been.

Rusiyanın hərbi resursları tükənib, hakimiyyət canlı qüvvə və silah axtarışında bütün ölkəni “arayır” – Bloomberg

Bloomberg vurğulayır ki, Kreml çox güman ki, ümumi səfərbərlik elan etməli olacaq

0

Rusiya Ukraynaya genişmiqyaslı müdaxilədən sonra hərbi resurslarını əhəmiyyətli dərəcədə tükəndirib. Bu barədə iyunun 14- də vəziyyətlə tanış olan yüksək səviyyəli avropalı məmurlara istinadən Bloomberg agentliyi məlumat yayıb.

Onların sözlərinə görə, indi Rusiya hakimiyyəti bütün ölkəni canlı qüvvə və silah, o cümlədən Uzaq Şərqdə yerləşən köhnə tanklar axtarışında “arayır”.

Rəsmilərin fikrincə, bu baxımdan yaxın bir neçə ay ərzində Rusiya genişmiqyaslı yenidən qruplaşma tapmaq üçün Ukraynada hərbi əməliyyatların gedişatını ləngitməyə məcbur olacaq.

Bloomberg – Kremlin böyük ehtimalla ümumi səfərbərlik elan etməli olacağını vurğulayır.

theazerbaijantimes.az

Bir cavab yazın

Your email address will not be published.