Publisher Theme
I’m a gamer, always have been.

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi nüfuzlu yarışlara hazırdır

0

V İslam Həmrəyliyi Oyunlarında və 2023-cü ilə Avropa çempionatının təsnifat mərhələsində iştirak edəcək qadın voleybolçulardan ibarət Azərbaycan millisi təlim-məşq toplanışını başa vurub.

Azərbaycan Voleybol Federasiyasından (AVF) “Report”a verilən məlumata görə, yığma bu gün Bakıdakı Voleybol Mərkəzində son məşqinə çıxıb.

Komandanın məşqini AVF-in I vitse-prezidenti Faiq Qarayev, vitse-prezident Əbülfəz Hüseynov və qurumun baş katibi Fərid Xəlilov izləyiblər. Ardınca federasiya rəsmiləri millinin oyunçuları və məşqçi heyəti ilə görüşüb.

Federasiya prezidenti Cavid Qurbanovun salamlarını çatdıran F.Qarayev komandaya qarşıdakı yarışlarda uğurlar arzulayıb. O bildirib ki, bu gün İslamiadada və AVRO-2023-ün təsnifat oyunlarında qələbə qazanmaq üçün böyük şansları var və bunun üçün meydanda əzmkar oyun vacibdir.

Qeyd edək ki, İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək qadın voleybolçular avqustun 5-də Konyaya yola düşəcək. İslamiada 9 -18 avqustda Türkiyənin Konya şəhərində təşkil olunacaq.



Bir cavab yazın

Your email address will not be published.