QAŞQAY TÜRKLƏRİ

Qaşqaylar — İranın cənub-qərbində, əsasən Fars ostanı, Çaharmahal ostanı, Kohgiluyə ostanı, Xuzistan ostanı, Buşehr ostanlarında yaşayan, İranda ən çoxsaylı azərbaycanlı elat tayfası. Qaşqaylar irqi Türkdür və azərbaycan dilinin qaşqay ləhcəsində danışırlar.

Türk Dünyasının Güney qolu. Cənubda İngiltərəni mərdliklə məğlub edən qəhrəmanlar. Böyük Səlcuqluların paytaxtı İsfahan, Şiraz və Fars körfəzinə yaxın ərazilərdə yaşayan türklər.

Qaşqa Azərbaycan dilində “alın”, çağatay dilində isə “alnı ağ at” mənasını verir. Bir sıra mənbələrə və V.İ.Savinanın müşahidəsinə görə, onlar İrandakı türk boyları içərisində sayca daha çox olub, müxtəlif bölgələrə yayılmışlar.  V.V.Trubetskoy isə qeyd edir ki, qaşqay boylarının bir qismi də kaqali, xazari, quşari, mamali, qamər və sair soylarla birlikdə çoxsaylı bəxtiyar qəbilələrinə qarışmışdır. İranda “döyüşkən xalq” kimi tanınan qaşqaylar son zamanlara qədər tayfa – nəsil bölgüsünü, hərbi demokratiyanın əsas xüsusiyyətini saxlayaraq, əkinçilik və maldarlıqla məşğul olurlar. İndi də qaşqay boy birləşmələrinin başında qəbilə başçılarının seçdiyi ilxan durur.

Qaşqay türkləri Xorasan türkləri kimi İranın Şimal-Şərqi sərhədlərindən kənarda, Əfqanıstan və Türkmənistan sərhədləri daxilində də yaşayırlar. İran sərhədində olanlara Sebzivar, Simnan, Quçan, Şirvan, Faruc deyilir.

İranın yarısı (qırx milyonu) türk mənşəli Sungurlu, Qarapapaqlı,  Afşar,  Bayat, Şahseven, Xorasan (Nadir şahın vətəni), Türkmən, Sahara, Qaçqay, Nefer, Halaç  İnanlı, Baharlı, Halaç və s. tayfalardan ibarətdir.

İran türkləri geosiyasi, əhali və strateji olaraq Türk Dünyası – Turanın bütövlüyü və daha da güclənməsinin mühüm açarıdır. Şərqdən Türküstan ölkələrimiz Türkiyə, qərbdən isə Qərb türklərimizin arxasındakı körpülərdir.

 

theazerbaijantimes.az

Bir cavab yazın

Your email address will not be published.