Qərbi Azərbaycan – müddəti bitməyəçək hərbi-siyasi cinayət

Sənədlər, araşdırma

1827-1920-ci illərdə ermənilərin Azərbaycan torpaqlarına kütləvi şəkildə köçürülməsindən  əlavə (ilkin hesablamalara görə 1 milyon 300 mindən çox insan) sovet hökuməti qurulduqdan sonra Ermənistanda köçürülmə prosesi dayandırılmadı. 1911-ci ildə N. I. Şavrov  yazırdı: “Hazırda Zaqafqaziyada yaşayan 1 milyon 300 min erməninin bir milyondan çoxu yerli deyil, bizim tərəfimizdən köçürülmüşdür”.

1921-1925-ci illərdə reqiona 19.688, 1926-1936-cı illərdə isə 22.595 erməni köçürülmüşdür. Bu planlaşdırılan köçürmə miqyasına, sayına və ermənilərin əhatə dairəsinə görə dünyada ən böyük köçürmə idi. İlkin dövrdə ərizə ilə müraciət edən 360 min erməninin köçürülməsi nəzərdə tutulurdu.

1945-ci il aprelin 19-da erməni arxiyepiskopu Gevorq Srbazyan SSRİ Xalq Komissarları  Sovetində  Dini İşlər üzrə Şuranın sədrinin müşayiəti ilə İosif Stalinin  qəbuluna getdi. Bir neçə uğursuz cəhddən sonra Srbazyan bu görüşə icazə ala bildi. Onun fikrincə, bu görüş erməni xalqının taleyini kökündən dəyişə bilərdi.

Sovet hakimiyyəti tərəfindən Eçmiədzin kilsəsinə müəyyən rəsmi status verilsə də, bu görüşün arxasında bütün Qafqaz regionu, xüsusən də bu ərazidə yaşayan azərbaycanlılar üçün növbəti faciəyə səbəb ola biləcək bir müzakirə dayanırdı:

  1. Xaricdə yaşayan ermənilərin Qərbi Azərbaycana (Ermənistan) repatriasiyası;
  2. Sovet İttifaqı tərəfindən “Sovet Ermənistanı”-nın xeyrinə Türkiyəyə qarşı ərazi iddiaları.

Bu məsələdə Sovet hökuməti erməni kilsəsini əsas müttəfiq kimi görürdü.

Sonralar bütün ermənilərin katolikosu seçilmiş VI Gevorq Srbazyan öz xatirələrində görüş haqqında belə yazırdı: “Kilsə haqqında danışdıqdan sonra Stalin dedi: “Müharibə tezliklə bitəcək. Qərbi Ermənistanın 1920-ci ildə Türkiyəyə verilmiş torpaqları geri qaytarılacaq. Bu əraziyə ermənilər yerləşdirilməlidir. Beləliklə, biz o vaxta qədər 100 min ermənini Ermənistan ərazisinə köçürmək niyyətindəyik. Tezliklə bununla bağlı sənəd hazırlanacaq. Və bu işdə bizə kömək etməli olacaqsınız. Belə gözlənilməz sevincli xəbər məni heyrətə gətirdi, mənə elə gəldi ki, bütün bunlar yuxudur və özümü toparlayıb Stalinə dedim: erməni kilsəsinin arxivində sultanların, şahların və digər yüksək vəzifəli şəxslərin imzaladığı fərman və sərəncamlar var. Biz onları göz bəbəyimiz kimi qoruyuruq. Bu imzalar arasında erməni kilsəsinə və erməni xalqına xüsusi diqqətin əlaməti olaraq sizin də imzanız olsaydı, çox yaxşı olardı”.

Bir neçə  aydan sonra  Qevorq Srbazyanın bu xahişini Xalq Komissarları Sovetinin sədri Stalin yerinə yetirdi. Qərar 1945-ci il noyabrın 21-də imzalandı.

 

Bu Sovet Ermənistanına xaricdən ermənilərin köçürülməsi haqqında Xalq Komissarları Sovetinin 2947 saylı qərarı idi.

1946-cı ildən başlayaraq xaricdə yaşayan erməni qrupları Ermənistana gəlməyə başladı. Sovet təbliğat maşını və erməni kilsəsi təbliğat işini elə qurmuşdu ki, müxtəlif  ölkələrdə  yaşayan erməni koloniyaları  SSRİ-yə can atırdılar. Lakin bu cür kütləvi köçlər zamanı düşmən ünsürlərinin ölkə ərazisinə soxulacağından ehtiyatlanan sovet hökuməti prosesə mərhələli və ciddi yoxlamalarla rəhbərlik edirdi.

Sovetlərin Türkiyəni SSRİ-nin təsir dairəsinə cəlb etmək planlarında Sovet Ermənistanı Türkiyənin şərq sərhəddində  ən əlverişli  hərbi-coğrafi mövqe tuturdu. Sovet rəhbərliyinin fikrincə,  “potensial vəfasız”  azərbaycanlılar  Türkiyə ilə gözlənilən münaqişə vəziyyətində “beşinci kolon”a  çevrilə bilərlər. Bunu bəhanə edən Stalin, 1947-1950-ci illərdə SSRİ  Nazirlər  Sovetinin  23 dekabr 1947-ci il, 4083 saylı fərmanına uyğun olaraq Ermənistan SSR-nin azərbaycanlı əhalisini deportasiya  etmək  qərarını  vermişdir.

Bu qərarın bəndlərindən birində deyilir:

“Ermənistan SSR Nazirlər Sovetinə icazə verilsin ki, azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz  ovalığına köçürülməsi ilə əlaqədar boşaldılmış yaşayış binalarını   və evləri Ermənistan SSR-ə gələn xarici ermənilərin yaşayışı üçün istifadə etsin”.Köçürülmənin təfərrüatları SSRİ Nazirlər Sovetinin 23 dekabr

1947 4083 saylı fərmanına, 754 saylı əlavədə  müəyyən edilmişdir. Bu qərara əsasən köçürülənlərə kolxoz daşınar əmlakına aid olan hissəsi ayrılmalı və bu əmlak yeni yaşayış yerinə pulsuz daşınması təmin edilməli idi.

Qərara əsasən 1948-1950-ci illər ərzində:

-1948-ci ildə – 10 min nəfər;

-1949-ci idə – 40 min nəfər;

-1950-ci ildə – 50 min nəfər;

-Cəmisi 100 min nəfər azərbaycanlı deportasiya edilməli idi.

Lakin, erməni faşistləri əllərinə düşmüş bu fürsətdən istifadə edərək 400 000 min insanı öz doğma yurdlarından deportasiya etdi.

Ermənistan ərazisində qalan daşınar əmlakın dəyəri azərbaycanlıların yeni məskunlaşdıqları yerdəki kolxozlara ödənilməli idi. Deportasiya olunanlara bəzi müavinətlər, həmçinin ailə başçısı üçün 1000 rubl, ailənin hər bir üzvü üçün 300 rubl məbləğində geri qaytarılmayan pul müavinətləri də verilib. Ermənistan SSR Nazirlər Soveti köçkünlərin çıxış yerlərindəki evlərinin satılmasında onlara kömək etməyi öhdəsinə götürdü. Lakin, bunların heç birinə əməl edilmədi.

Ermənistan  SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Qriqori Arutyunovun təklifi ilə Stalinin Ermənistan SSR-dən azərbaycanlı əhalinin Azərbaycana deportasiya  edilməsi barədə sərəncamı  sayı 400 min olduğu təxmin edilən erməni repatriatlarına boşaldılması məqsədi güddüyü heç şübhə doğurmur. Deportasiyanın  məqsədlərindən biri də Çar Rusiyasının və Sovet Rusiyasının 1828-ci ildən bəri erməniərin tarixi Azərbaycan torpaqlarına kütləvi şəkildə köçürmələrinə baxmayarq, ermənilərin çoxluqda olması məsələsinin həll edə bilməməkləri olmuşdur.

SSRİ-nin ABŞ, Fransa və Türkiyədəki səfirliklərinə, Misir və İraqdakı nümayəndəliklərinə, Xalq Xarici İşlər Komissarlığının müavini V. Dekanozovun imzası ilə göndərilən “məxfi” məktubda maraqlı məqamlar öz əksini tapıb. Məktubun mətnini olduğu kimi təqdim edirik:

“1947-ci ilin mayında bu məktubu aldıqdan sonra Nyu-Yorkda Ümumdünya Ümumerməni Konqresi keçirildi. Konqresdə 22 ölkədən 715 nümayəndə iştirak edib. Qurultayın gündəliyində duran əsas məsələlərdən biri xaricdə yaşayan ermənilərin Sovet Ermənistanına köçürülməsinin təşkili idi.

Sovet hökuməti Konqresin işini diqqətlə izləyirdi. Bu məsələdə əsas iş SSRİ-nin ABŞ-dakı baş konsulu Yakov Lomakinə həvalə edildi. Çünki Sovet İttifaqına köçənlərin qeydiyyatı SSRİ-nin ABŞ-dakı Baş Konsulluğunda aparılırdı.

Bu işdə Baş konsulun Baş müşaviri SSRİ Xarici İşlər Xalq Komissarlığının İqtisadiyyat  Departamentinin  direktor  müavini  Hamazasp  Arutyunyan idi. 1947-ci il noyabrın 2-də  Nyu-Yorkda, Uoldorf  Astoriya  mehmanxanasında  ABŞ-ın  Erməni  Milli Şurası minnətdarlıq əlaməti olaraq,  SSRİ-nin  ABŞ-dakı  Baş konsulu Yakov Lomakinin və  professor Hamazasp Arutyunyanın şərəfinə ziyafət verdi”.

Belə ki, 1946-1949-cu illər ərzində Ermənistana xarici ölkələrdən 89.637 erməni köçürüldü.  Köçürülmənin ən intensiv dövrü 1946-1947-ci illərə təsadüf edir. Ermənistan SSR rəhbərliyi isə bundan səmərəli istifadə etdi.

Azərbaycanlı Abbas Əli oğlu Mustafayevin Ermənistan SSR Zəngibasar rayonundan Azərbaycan SSR-in Ağcabədi rayonuna köçürmə vəsiqəsi. 10 iyul 1948-ci ildə verilmişdir.

Ermənistan Kommunist Partiyasının birinci katibi Q. Aryutinov xaricdən gələn ermənilərin  məskunlaşdırılmasının  çox  mürəkkəb proses olduğunu bəhanə edərək  “vəziyyətdən yeganə çıxış yolunu”  Ermənistanda yaşayan azərbaycan (türk) əhalisinin yüz mindən çox  nəfərini Azərbaycana köçürməkdə tapdı.

Vahidov Qurban. Araşdırmaçı – analitik. İrəvan Türk Cumhuriyyəti Millət Şurası və Strateji Araştırmalar Komisiyasının üzvü

Bir cavab yazın

Your email address will not be published.