Publisher Theme
I’m a gamer, always have been.

Oxu.az – Andrey Korobkov: “ABŞ Çinin kəskin təzyiqinə məruz qalacaq”

0

ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Tayvan səfərinin cavabı ÇXR tərəfindən seçkilərə yaxın – payızda verilə bilər.

Bu barədə Tennessi Universitetinin (ABŞ) politologiya professoru Andrey Korobkov Çinin qəzəbinə baxmayaraq, Pelosinin Tayvana elan edilməmiş səfərini Oxu.Az-a şərh edərkən bildirib.

Bununla belə o, bu cavabın uzunmüddətli olacağını bildirib.

“Ölkədə hərbi strukturların, bloklarının tikintisinə başlanılacaq, Tayvana, həmçinin digər ölkələrə və ərazilərə təzyiqlər göstəriləcək. Vaşinqton üçün əsas problem də məhz budur – ABŞ-ın həm xarici, həm də daxili siyasəti iki illik seçki dövründən asılıdır. Bu, hətta Qərb demokratiyası üçün də görünməmiş dərəcədə qısa müddətdir. Çin siyasəti isə həmişə uzunmüddətlidir və asfaltdöşəyən maşın kimi – yavaş-yavaş, lakin sabit hərəkət edir. İndi də belə olacaq”.

Politoloq bildirib ki, ABŞ-ın bu cür nümayişkaranə addımı ÇXR tərəfindən sərt, ancaq tədricən, hətta ilkin olaraq nəzərəçarpmayacaq tədbirlərə gətirib çıxaracaq, Vaşinqton Pekinin sərt təzyiqinə məruz qalacaq.

“Ümumiyyətlə, hazırda ABŞ, avropalılar və Rusiya bir-birini sanksiyalarla, müharibə ilə (Ukraynada – red.) zəiflədir. Bu müharibənin necə bitəcəyindən asılı olmayaraq, Çin hər bir halda qalib vəziyyətdədir”.

Nair Əliyev

Bir cavab yazın

Your email address will not be published.