Konfrans Liqası: “Neftçi” Avstriya klubuna qalib gəlib

“Neftçi” UEFA Konfrans Liqasının III təsnifat mərhələsində ilk oyununu keçirib.

“Report”un məlumatına görə, Laurentsiu Regekampfın baş məşqçi olduğu komanda Bakıda Avstriyanın “Rapid” (Vyana) klubunu qəbul edib. “Bakcell Arena”da oynanılan görüşü “ağ-qaralar”ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Laurentsiu Regekampfın baş məşqçi olduğu komandadan qolları 44-cü dəqiqədə Ataa Caber və 60-cı dəqiqədə Kenni Sayef vurublar. Qonaqlardan isə görüşün əsas vaxtına əlavə olunmuş 5-ci dəqiqədə Qvido Burqştaller fərqlənib.

Komandalar arasında cavab görüşü avqustun 11-də Vyanada keçiriləcək.

Qeyd edək ki, bu cütün qalibi pley-off mərhələsində “Konyaspor” (Türkiyə) – “Vaduts” (Lixtenşteyn) cütünün güclüsü ilə qarşılaşacaq.

22:19

Bakıda “Neftçi” və Avstriyanın “Rapid” (Vyana) komandası arasında keçirilən UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda 2-ci qol vurulub.

“Report”un məlumatına görə, “ağ-qaralar”ın yarımmüdafiəçisi Kenni Sayef 60-cı dəqiqədə komandasının üstünlüyünü artırıb.

22:04

Bakıda “Neftçi” və Avstriyanın “Rapid” (Vyana) komandası arasında keçirilən UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda ikinci hissə başlayıb.

“Report”un məlumatına görə, birinci yarıdan sonra Azərbaycan təmsilçisi hesabda öndədir – 1:0. Yeganə qolu 44-cü dəqiqədə Ataa Caber vurub.

21:47

Bakıda “Neftçi” və Avstriyanın “Rapid” (Vyana) komandası arasında keçirilən UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda ilk hissə başa çatıb.

“Report”un məlumatına görə, “ağ-qaralar” fasiləyə minimal hesablı üstünlüklə yollanıb. Yeganə qolu 44-cü dəqiqədə Ataa Caber vurub.

21:44

Bakıda “Neftçi” və Avstriyanın “Rapid” (Vyana) komandası arasında keçirilən UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda hesab açılıb.

“Report”un məlumatına görə, 44-cü dəqiqədə fərqlənən Ataa Caber “ağ-qaralar”ı önə keçirib.

21:00

Bakıda “Neftçi” və Avstriyanın “Rapid” (Vyana) komandası arasında keçirilən UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyunu başlayıb.

“Report”un məlumatına görə, “Bakcell Arena”kı qarşılaşma saat 21:00-da start götürüb. Görüşü xorvatiyalı FIFA referisi Dario Bel idarə edir.

Qeyd edək ki, komandalar arasında cavab matçı avqustun 11-də Vyanada olacaq.



[ad_2]

Bir cavab yazın

Your email address will not be published.