Həmədanda eşşək az idi, biri də gəmi ilə gəldi

Hörmətli oxucularımızdan bu cür kobud başlıq üçün üzr istəyirik, çünki hesab edirəm Avropa Parlamenti nümayəndələrinə layiq olduqları ifadəni işlətmişəm. Avropalı deputatlar hələ də  ikili standartların əsirliyindədirlər.

Avropa Parlamentinin  son Qərarını bu cür qiymətləndirmək olar: “Artsaxda münaqişə həll olunmayıb, ərazi mübahisəlidir”. Artıq Avropa Parlamentinin adının dəyişdirilərək “Avropa Xristian İrkçı Parlamenti” adı qoyulmasının zamanı gəlmişdir. “Avropa Xristian İrkçı Parlamenti” Azərbaycanla bağlı daha bir  absurd  qətnamə  qəbul  edib. Heç nə dəyişməyib – köhnə qərəzli iftiralar, qərəzli mövqe davam edir. Bu sənədi qəbul edənlərin əksəriyyəti erməni kimi faşist təxəyyüllü xəstə insanlardır.

“Avropa Xristian İrkçı Parlamenti” 2022-ci il iyunun 8-də, “Şərq Tərəfdaşlığı regionunda təhlükəsizlik və ümumi təhlükəsizlik və müdafiə siyasətinin rolu” adlı qətnamə qəbul edib. Onun bir neçə bəndində  “Artsaxa” münasibəti ifadə olunur. Bu mövqe Avropa Şurasının rəhbəri Şarl  Mişelin 2022-ci il, mayın 24-də Brüsseldə keçirilən üçtərəfli görüşdən sonra elan etdiyi bəyanatdakı Qarabağ  ifadəsindən əsaslı şəkildə fərqlənir.

Xatırladaq ki, Mişel o zaman “Artsax”ın statusu haqqında bir söz deməmiş, yalnız “Qarabağdakı etnik erməni əhalisinin hüquqları və təhlükəsizliyini” qeyd etmişdi. Bundan əlavə, o, hamı tərəfindən qəbul edilmiş “Dağlıq Qarabağ” toponiminin əvəzinə “Qarabağ bölgəsi”, Azərbaycan ifadəsini işlədib.

İyunun 8-də qəbul edilmiş qərardan göründüyü kimi  avropalı xristian təəsübkeşləri ədalətli  yanaşmalarla razılaşmırlar.

Birincisi, qətnamədə birbaşa və birmənalı şəkildə “təcavüzkar” Azərbaycan göstərilir: “Azərbaycanın başlatdığı 44 günlük münaqişə Cənubi Qafqazda minlərlə insanın ölümünə, on minlərlə məcburi köçkünə (…) səbəb olan siyasi, strateji və əməliyyat status-kvonunu əsaslı şəkildə dəyişdirdi. .”

Nəticə: Bunların şovinist, irkçı zehniyyəti ilə belə çıxır ki, Azərbaycan işğal altında olan torpaqlarını azad etməli deyildi,  siyasi, strateji və əməliyyat status-kvonunu da dəyişməsi doğru olmamışdır.

Sual olunur:

-30 ilə yaxın müddət ərzində torpaqlar işğal olunanda sən harada idin Avropa?

-1 milyona yaxın insan öz torpağında öldürülərək, yandırılaraq qovulanda niyə susurdun Avropa?

-5 milyona yaxın insan  tarixi Qərbi Azərbaycan torpaqlarından qətliam və soyqırıma məruz qalaraq qovulanda niyə danışmırdın Avropa?

İkincisi, açıq şəkildə göstərilir ki, “Azərbaycanla Ermənistan arasında toqquşmalar davam edir və Dağlıq Qarabağda münaqişə HƏLL OLMAMIŞDIR (seçim redaktorun. Q.V).

Nəticə: Söhbət hansı “toqquşmadan” gedir, bəlli deyil. Ermənistanın işğalına 2020-ci ildə son qoyulub. Bunlar ayıblarına kor olmaqdansa ki, sizin mandat verərək yaratdığınız ATƏT Minsk qrupu  28 il ərzində Ermənistana  işğalçı demədi,  status-kvonu ermənilərin xeyrinə saxlayaraq uzatdılar. İndi isə erməni  faşistlərinə işarə vururlar ki, durmayın “toqquşma” görüntüsü yaradın ki, “Dağlıq Qarabağ münaqişəsi həll olmamışdır” deyə bilək. Məşədi İbadın sözü olmasın: “Deyəsən erməninin iki adaxlısı var”. Rus “adaxlının” təxribatından qurtulmamış, ikinci “adaxlı” hasarımızın üstünə çıxıb “adaxlıbazlıq” etmək istəyir. Alınmayacaq. Buna Azərbaycan xalqı izn verməyəcək.

Üçüncüsü, orada bildirilir ki, Dağlıq Qarabağ əhalisini qazla təmin edən magistral kəmər 2022-ci il martın 8-də zədələnərək, “MÜBAHİSƏLİ” ərazini enerji daşıyıcılarına çıxışsız qoyub.

Nəticə: Avropa qitəsi ölkələrinə birləşdirən böyük təşkilat bundan böyük təxribat edə bilərmi?. 2021-ci ilin  rəsmi statistikasına  görə 1 milyon (qeyri-rəsmi 2 milyon) erməni Rusiyada yaşayır. 2002-ci il, Krasnodar vilayətində  əhali siyahıya alınarkən 275 min erməni qeydə alınmışdır. Hal-hazırda onların sayı 400 minə yaxındır.  Fransada 350-500 min erməni yaşadığı bildirilir. Onlardan 200 min Paris, 100 min Lion, 130 min Marseldə məskunlaşıb.

Əgər sizə erməni bu qədər “əzizdirsə” ikinci erməni dövlətini öz ərazilərinizdə yaradın. Yoxsa, hansı  üzlə 25 min erməniyə Azərbaycanda “ikinci erməni dövləti” yaratmaq istəyirsiniz?. O, zaman belə alınır ki, siz ermənidən maşa kimi istifadə edib regionda münaqişə ocaqları, xaos yaratmaq istəyirsiniz.

Son ilyarım ərzində  “Avropa Xristian İrkçı Parlamenti” Qarabağ ilə bağlı 4 Qərar qəbul etmişdir. Şəxsən mənim düşüncəmə görə əgər Avropa bütün olub keçənlərdən sonra, faşist Ermənistanı müdafiə edirsə, onlarda mənim üçün eyni dərəcədə FAŞİSTDİRLƏR. Bununla Avropa heç bir halda yaxşı nəticələri olmayan bir yol seçdiyini nümayiş etdirir.

Azərbaycan Prezidenti İlham Əliyev IX Qlobal Bakı Forumunun açılışında: “Qondarma “Dağlıq Qarabağ Respublikası” mövcud deyil və “status”un qabardılması  yalnız münaqişələrə gətirib çıxaracaq. Ermənistan tarixi yenidən yazmaq cəhdlərini dayandırmalıdır.  Qeyri-rəsmi razılaşma var ki, “status” məsələsi qaldırılmayacaq, amma yerinə yetirilmir. Əgər Ermənistan yenidən Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alacaqsa, o zaman bizim Ermənistanın ərazi bütövlüyünü şübhə altına almaq üçün çoxlu tarixi səbəblərimiz olacaq. Əgər Ermənistan Qarabağa “status” tələb edirsə, onda biz niyə azərbaycanlıların yaşadığı Qərbi Zəngəzura status tələb etməyək? Amma bu, əldə olunmuş sülh nailiyyətlərini dalana dirəyəcək” dedi.

İlham Əliyev ATƏT-in Minsk Qrupuna da toxunub: “ATƏT-in Minsk Qrupundan danışarkən deyə bilərəm ki, bu institut öz əhəmiyyətini itirib. Sağollaşmaq lazımdır! bu əks məhsuldar qrup oldu, “sağ ol və əlvida!” deyil, sadəcə olaraq “əlvida!”, demək lazımdır, çünki onun təqaüdə çıxma vaxtıdır. Minsk Qrupunun dirçəlməsi ilə bağlı şayiələr bizim insanlarımızı qıcıqlandırır. Onlar yeni müharibə  istəyir? Amma bu, fəlakət, Ermənistanın dövlətçiliyinin sonu olacaq” –  qeyd edib.

Vahidov Qurban. Araşdırmaçı – analitik.

 

Bir cavab yazın

Your email address will not be published.