Goranboyda ağır avtomobil qəzası olub, ölən və xəsarət alanlar var

Goranboy rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

“Report”un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Xan Qərvənd yolunda qeydə alınıb.

Belə ki, minik avtomobilinin idarəetmədən çıxaraq aşması nəticəsində Əli Babayev dünyasını dəyişib.

Yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan 1984-cü il təvəllüdlü Azər İbrahimov və 1972-ci il təvəllüdlü Cabbar Zeynalov xəstəxanaya yerləşdirilib.

Yaralıların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.



[ad_2]

Bir cavab yazın

Your email address will not be published.