Publisher Theme
I’m a gamer, always have been.

Gəncədə Qafqaz İslam Ordusunun ilk şəhidlərinin xatirəsinə ucaldılan abidənin açılış mərasimi keçirilib – FOTO – VİDEO

0

25 may-17 noyabr 1918-ci il tarixləri arasında Nuru Paşa komandanlığındakı Qafqaz Islam Ordusunun Azərbaycanın azadlığı uğrunda 11 iyun 1918-ci il tarixində Gəncədə canlarını fəda edən Qafqaz İslam Ordusunun ilk şəhidlərindən – 13 qəhrəman məhmətçiyin xatirəsinə inşa edilən abidənin açılış mərasimi keçirilib.

26.06.2022-ci il tarixində olan mərasimdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı, Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk, Azərbaycan Türk İş Adamları Birliyinin sədri Camal Yangın, AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev, idarə, müəssisə, təşkilat rəhbərləri, din xadimləri və şəhər sakinləri iştirak ediblər.

Qeyd edək ki, abidə Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Türkiyənin Azərbaycandakı Səfirliyinin, Türkiyənin Gəncədəki Baş Konsulluğunun və Azərbaycan Türk İş Adamları Birliyinin təşkilatçılığı inşa edilib. 7 metr hündürlüyündə olan abidənin memarı Mustafa Yama, layihə rəhbəri Turqay Əliyevdir.

Bir cavab yazın

Your email address will not be published.