Fransa, Almaniya, İtaliya və Rumıniya Ukraynaya Aİ-yə namizəd statusunun verilməsinə tərəfdardırlar

Ukrayna prezidenti Vladimir Zelenski, Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Olaf Şolz, İtaliyanın baş naziri Mario Draqi və Rumıniya prezidenti Klaus İohannis Ukraynanın paytaxtında  görüşüblər.

Fransa, Almaniya, İtaliya və Rumıniya Ukraynaya Avropa İttifaqına üzvlük üçün namizəd statusunun verilməsini dəstəkləyir. Bunu Fransa prezidenti Emmanuel Makron Kiyevdə keçirdiyi mətbuat konfransında deyib.

“Sabah Avropa Komissiyası qərar verəcək, gələn həftə isə Avropa Şurası Avropa perspektivi ilə bağlı qərar verəcək (Ukrayna – red.). Biz dördümüz də Ukraynaya Avropa İttifaqına üzv olmaq üçün namizəd statusunun verilməsinin tərəfdarıyıq”, – deyə siyasətçi bildirib.

Fransa lideri bu qərarın Avropa Şurası tərəfindən yekdilliklə qəbul ediləcəyinə ümid etdiyini bildirib.

İtaliyanın baş naziri Mario Draqi də Romanın Ukraynanı Avropa Birliyində görmək istədiyini bildirib.

Almaniya kansleri Olaf Şolz Ukrayna və Moldovaya Aİ üzvlüyünə namizəd statusunun verilməsini dəstəkləyib.

Fransa, Almaniya, İtaliya və Rumıniya liderləri iyunun 16-da səhər saatlarında Kiyevə gəliblər.

Avropa liderləri İrpinə səfər edib, daha sonra Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşüblər.

2022-ci il fevralın 24-də Rusiya prezidenti Vladimir Putin televiziya ilə çıxışında Ukraynanın şərqində Donbassda xüsusi hərbi əməliyyatın başladığını elan edib.

theazerbaijantimes.az

 

 

Bir cavab yazın

Your email address will not be published.