Dünya tarixində səs-küylü siyasi sui-qəsdlər və sui-qəsd cəhdləri

Bir qayda olaraq, liderlərin aradan qaldırılması ölkələrin və hətta regionların gələcəyinə dərindən təsir edirdi.

Ötən əsrdə dünya gündəmi dəfələrlə siyasi sui-qəsdlər və sui-qəsd cəhdləri ilə bağlı xəbərlərlə sarsılıb. Bir qayda olaraq, bu cinayətlər ölkələrin və hətta regionların gələcəyinə dərindən təsir edirdi.

Digər səs-küylü qətl hadisəsi 2022-ci il iyulun 8-də Yaponiyada baş verib və burada Yaponiyanın keçmiş baş naziri Şinzo Abe güllə yarasından ölüb.

Abeyə sui-qəsd günorta saatlarında siyasətçi yuxarı palata seçkiləri ərəfəsində seçki kampaniyası çərçivəsində Nara şəhərində çıxış edərkən baş verib. O, təcili olaraq xəstəxanaya aparılsa da, həkimlərin bütün səylərinə baxmayaraq, siyasətçinin həyatı 67 yaşında başa çatıb.

Keçmiş Yaponiya baş nazirinin fiziki olaraq vəzifəsindən kənarlaşdırılması, illər ərzində siyasi liderlərə qarşı həyata keçirilən yüksək səviyyəli sui-qəsdlərə diqqəti yenidən cəlb edib.

Anadolu Agentliyi tanınmış siyasi xadimlərə qarşı sui-qəsdlərin bəziləri ilə bağlı məlumat toplayıb.

Con Fitscerald Kennedi

ABŞ-ın 35-ci prezidenti Con Kennedi 1963-cü il noyabrın 22-də Dallasda qətlə yetirilib. Qətlin səbəbkarı Li Harvi Osvald həbsdə olarkən Cek Rubi tərəfindən aradan qaldırıldı.

Rəsmi açıqlamalarda Rubinin Oswald’ı şəxsi səbəblərə görə öldürdüyü və heç bir təşkilatla əlaqəsi olmadığı səslənirdi. 59 ildən sonra Kennedinin öldürülməsi hələ də çoxlu suallar doğurur.

Hadisəni çoxlu sayda “sui-qəsd nəzəriyyələri” bürüdü, “Kennedinin sui-qəsdi” filmi ekrana çıxdı.

İndira Qandi

Hindistanın ilk və yeganə qadın Baş naziri İndira Qandi də öldürülən liderlər arasındadır.

Hindistanın Baş nazirinə sui-qəsd 31 oktyabr 1984-cü ildə iki sikh mühafizəçisi tərəfindən törədilib. Hindistan liderinin sıradan çıxarılmasına səbəb kimi onun sikxlərə məxsus “Qızıl məbəd”ə hərbi basqın etmək əmri verdiyi iddia edilir.

Qandinin öldürülməsindən sonra minlərlə hindli sikxlər repressiyaların qurbanı oldu.

Olof Palme

İsveçin keçmiş Baş naziri Olof Palme həm ABŞ, həm Sovet İttifaqı, həm də Cənubi Afrikadakı aparteid rejimini tənqid edirdi.

1984-cü ildə Palme hökuməti PKK-nı terror təşkilatı kimi tanıdı.

Palme 28 fevral 1986-cı ildə həyat yoldaşı ilə getdiyi kinoteatrın çıxışında öldürülüb. Həmin gün İsveç Baş nazirinin yanında mühafizəçilər yox idi, Palme həyat yoldaşı ilə Stokholmun ən gur küçələrindən biri ilə evinə gedirdi.

Hadisə terror təşkilatı PKK-nın yer aldığı qətllərlə bağlı onlarla kitabda öz əksini tapıb. Ancaq “sual işarələri” bu günə qədər qalmaqdadır.

Benazir Bhutto

Pakistanda müsəlman ölkəsi tarixində ilk qadın olan Baş nazir Bənazir Bhutto nəinki iki dəfə ölkə rəhbərliyində ön sıralarda yer alıb, hətta məhkəməyə verilib, hətta ölkədən qaçmağa məcbur olub.

2007-ci ildə İslamabada qayıdan Bənazir Bhutto dərhal Pakistandakı siyasi proseslərə qoşuldu və ölkə prezidenti Pərviz Müşərrəflə sərt qarşıdurmaya girdi. Qadın siyasətçi həmişə ölkənin həyatına dinin təsirini məhdudlaşdırmaq istəyən hərbi elitanın və isteblişmentin tərəfdarı hesab edilib.

Keçmiş Baş nazirə ilk dəfə sui-qəsd 2007-ci ilin oktyabrında olub, Bhutto bu zaman  xəsarət alıb, lakin partlayış nəticəsində azı 130 nəfər ölüb, 500 nəfər yaralanıb.

Siyasətçiyə qarşı ikinci terror aktı cəhdi dekabrın 27-də edilib. Aksiya zamanı kamikadze Benazir Bhuttoya  iki dəfə atəş açıb, bundan sonra o, partlayıcını işə salıb.

Pakistanın ilk qadın Baş naziri özünə gəlmədən xəstəxanada ölüb.

Bülənt Ecevit və Turqut Özala qarşı sui-qəsd cəhdləri

Türkiyədə də bir çox siyasi liderlər qətlə yetirilib.

Belə cəhdlərdən biri  ABŞ-da Türkiyənin keçmiş Baş naziri Bülənt Ecevitə qarşı yunan tərəfindən edilib. Daha bir sui-qəsd 1977-ci il mayın 29-da İzmirin Çiğli bölgəsində edildi. Hadisə Ecevitin mitinqə hazırlaşarkən avtobusa mindiyi zaman baş verib.

Turqut Özal Baş nazir olarkən onun həyatına  da sui-qəsd cəhdi edilib. Hadisə 1988-ci il iyunun 18-də Ankarada Ana Vətən Partiyasının (ANAP) qurultayında kürsüdə çıxış edərkən baş verib.

Özalın həyatına sui-qəsd cəhdinin  Kartal Demirağa tərəfindən edildiyi məlum oldu. Siyasətçi yüngül xəsarət alsa da, yenidən kürsüyə qalxaraq çıxışını bitirib.

 

Bir cavab yazın

Your email address will not be published.