Daşkəsəndə sel bir sıra fəsadlar törədib

Axşam saatlarından yağan intensiv yağışlar nəticəsində çaylarda suyun səviyyəsi artıb.

Dolu və leysan yağışları nəticəsində çayın məcrasında sel axınının kəskin artması hazırda Alaxançalı kəndi ilə rayon mərkəzini birləşdirən yeganə keçid olan su kəmərini tamamilə sıradan çıxarıb.

Təbii fəlakət nəticəsində dəymiş ziyanın aradan qaldırılması çərçivəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən kəndlə əlaqəni tez bir zamanda bərpa etmək məqsədilə çay məcrasında iri diametrli dəmir borulardan 1 ədəd suötürücü boru xətti çəkilib.

Dolu və sel suları yenidən rayonun Çanaxçı, Qaraqullar, Almalı, Suqovuşanda və bir sıra yaşayış məntəqələrində fərdi təsərrüfatlara, yol infrastrukturuna, fərdi yaşayış evlərinin dam örtüklərinə ciddi ziyan vurub.

Hazırda rayon ərazisində qeyri-sabit hava şəraiti intensiv leysan xarakterli yağışlarla müşayiət olunur.

Bir cavab yazın

Your email address will not be published.