Çıprasdan Mikotakis hökümətinə xəbərdarlıq

Yunanıstanın əsas müxalifət partiyası olan Radikal Sol Alyansın (SYRIZA) lideri Aleksis Çipras, “Ümid edirəm ki, suverenliyimizi müdafiə etməli olsaq, özümüzü aldatmayaq” dedi.

Yunanıstanın əsas müxalifət partiyası olan Radikal Sol Alyansın (SYRIZA) lideri Aleksis Çipras Yunanıstanın “Qərbin forpostu”na çevrildiyini bəyan edib.

Yunanıstan İş Adamları və Sənayeçilər Dərnəyinin (SEB) illik ümumi qurultayında çıxış edən Çipras Yunanıstanın baş naziri Kiryakos Mitsotakisin yürütdüyü xarici siyasət yolu Yunanıstanı qeyri-müəyyənlik və etibarsızlıq mühitinə saldığını bildirib.

“Qərbin forpostuna çevrildik”

Yunanıstanın həllin bir parçası olmaq əvəzinə böhranın bir parçasına çevrildiyini ifadə edən Çipras: “Yunanıstan çətin bir bölgədə sabitlik və güvən mərkəzi olduğu halda Şərqi Aralıq dənizi regionunda, Qərbin forpostuna çevrildi. Qorunmayan bir forpost oldu” dedi.

“İqtisadi nəticələr mənfi olacaq”

Yunanıstanın Rusiyaya tətbiq etdiyi embarqolar səbəbiylə ağır iqtisadi bədəl ödədiyini ifadə edən Çipras, “Adalar və sərhəd bölgələrindən Ukraynaya ağır silahlar göndərərək Ukraynaya aktiv şəkildə qarışmağımız təəssüf ki,  bizi birbaşa müharibəyə  daxil olan ölkələr sırasına qoyur” dedi.

Yunanıstanda əvvəlki hökumətlərin yeritdiyi siyasəti Miçotakis hökuməti tərəfindən dəyişdirildiyini ifadə edən Çipras, “Qonşularımızla münasibətlərimizi gərginlik artırmadan dialoq səviyyəsində qursaq nəticələr çox yaxşı olacaq, xüsusən yayda”.

theazerbaijantimes.az

 

Bir cavab yazın

Your email address will not be published.