Bu gün Azərbaycan məktəblərində “Son zəng” keçirilir

Bu gün Azərbaycanda 2021/2022-ci tədris ili başa çatır və bütün ümumtəhsil məktəblərində “Son zəng” çalınacaq.

“Son zəng” təhsil müəssisələrinin həyətlərində, idman və ya akt zallarında təşkil olunacaq.

Tədbirdə valideyn komitələri, valideyn-müəllim birlikləri, ictimaiyyət nümayəndələri iştirak edə bilərlər.

Şagirdlərin təhlükəsizliyini təmin etmək üçün lazımi tədbirlər görüləcək.

theazerbaijantimes.az

 

Bir cavab yazın

Your email address will not be published.