Ankara – Avropa İttifaqının Şərqi Aralıq və Egey dənizi mövqeyindən məyusdur

Türkiyə Xarici İşlər Nazirliyi bu barədə bəyanat yayıb

Türkiyə Xarici İşlər Nazirliyi Aİ-nin Şərqi Aralıq dənizi və Egey dənizi ilə bağlı maksimalist və Beynəlxalq Hüquqa zidd tezisləri legitimləşdirmək cəhdlərini qəbuledilməz adlandırıb.

Xarici İşlər Nazirliyinin bəyanatında Aİ ölkələri liderlərinin son sammitində Ankaraya qarşı nümayiş etdirilən qərəzli münasibətdən məyusluq ifadə olunub.

“Avropa İttifaqının sammitində qəbul edilən qətnamələrin ölkəmizə qarşı qərəzli, uzaqgörən və reallıqdan uzaq münasibət nümayiş etdirməsi təəssüf doğurur”, – kommünikedə deyilir.

theazerbaijantimes.az

Bir cavab yazın

Your email address will not be published.