Azərbaycan Millətlər Liqasında Belarusa qalib gəlib

“Dalğa Arena” stadionunda Azərbaycan və Belarus milli komandaları arasında Millətlər Liqasının oyunu başa çatıb.

Komandamız 2:0 hesabı ilə qalib gəlib. 76-cı dəqiqədə möhtəşəm ötürmə və zərbədən sonra Mahir Əmrəli fərqlənib. Və əsas vaxtda Mahirin ötürməsindən sonra cərimə meydançasına uğurla daxil olan Ramil Şeydayev fərqləndi.

Bu qələbə sayəsində Azərbaycan qrupda sonuncu pilləni tərk etməyi bacarıb.

Kvartetimizdəki digər görüşdə Qazaxıstan Slovakiyaya 2:1 hesabı ilə qalib gəlib.

Turnir mövqeyi

1.Qazaxıstan – 10 xal (4 matç)

  1. Slovakiya – 6 (4)
  2. Azərbaycan – 4 (4)
  3. Belarus – 2 (4).

theazerbaijantimes.az

Bir cavab yazın

Your email address will not be published.