Ərdoğan: “…Qərb ölkələrinə etibar etmək olmaz…”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bazar günü deyib ki, Qərb ölkələrinə etibar etmək olmaz.

“Onlardan (Yunanıstan) niyə bu (Amerika) bazalarını yaratdığınızı soruşduqda, onlar belə cavab verirlər: “Rusiyaya qarşı”. Bəs siz Ukrayna üçün Rusiyaya qarşı nə etmisiniz? Onların sözləri yalanla doludur. Qərbə etibar etmək olmaz, xüsusən də onların siyasətinə gəldikdə”, – deyə Ərdoğan bildirib.

Eyni zamanda o, etiraf edib ki, Türkiyə elm və mədəniyyət sahəsində Qərb dövlətləri ilə qarşılıqlı əlaqədə ola bilər. “Lakin Qərbin siyasətinə etibar etmək olmaz. Onlar bu günə kimi bizimlə Aİ  (Türkiyənin üzvlük məsələsində) ləngidirlər”, – deyə  prezident əlavə edib.

theazerbaijantimes.az

Bir cavab yazın

Your email address will not be published.