Türk dünyasının birlik arzusunu reallaşdıran Qalib Sərkərdə-ŞƏRH

Hər bir xalqın dünyada tanınmasında, uğurlar əldə etməsində və təbii ki, dünyada cərəyan edən qlobal proseslərin öndə gedənlərinə çevrilməsində liderlərin xüsusi əhəmiyyəti mövcuddur. Liderlik amili elə bir şəxsiyyətlərə aid olunur ki, onlar xalqın və dövlətin maraqlarını müdafiə etməklə yanaşı, həm də inkişaf etdirir. Məhz bu kimi önəmli faktorun təhlilini apararkən, Azərbaycanın bu siyahıda birinci olması şəksizdir. Çünki Azərbaycanın inkişaf və tərəqqi, eləcə də, xalqın rifahı faktorunda Azərbaycan Prezidenti İlham Əliyev Liderliyi amili mövcuddur. Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə çıxışlarında vurğulayıb ki, əldə edilmiş uğurların dünyada bərabəri yoxdur.

Bəli, həqiqətən də bu, danılmaz aksiomadır. Məhz bu uğurların nəticəsidir ki, ulu öndər Heydər Əliyevin təməlini qoyduğu xarici siyasət nəticəsində bu gün Azərbaycan-Türkiyə münasibətləri qardaşlıq səviyyəsinə yüksəlib. Və bu gün Qalib Sərkərdə, Ali Baş Komandan Prezident İlham Əliyevin “Türk Dünyasının Ali Ordeni” ilə təltif edilməsi qərarını Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan prezidentləri imzalayıblar. Bu mükafat Azərbaycan Prezidentinin böyük şəxsiyyətinə, Türk dünyasında liderliyinə, beynəlxalq miqyasda və türkdilli dövlətlər arasında olan yüksək nüfuzuna, ən əsası Azərbaycan Respublikasının ərazilərinin işğaldan azad edilməsini və ərazi bütövlüyünün bərpasını təmin edərək Türk birliyinə mühüm töhfə verən, bölgədə davamlı sülh və sabitliyin əldə olunmasına yol açan tarixi qələbənin əldə olunmasındakı misilsiz xidmətlərinə verilən layiqli qiymətdir.

Dövlət başçımız Zirvə Görüşündə çıxışı zamanı “Türk Dünyasının Ali Ordeni” ilə təltif edilməsi ilə bağlı bildirib ki, bu, türk dövlətləri tərəfindən mənim işimə, mənim fəaliyyətimə verilən çox yüksək mükafatdır, yüksək qiymətdir: «Türk Dünyasının Ali Ordeni Qarabağın azad edilməsi işində göstərdiyim səylərə və türk birliyinin daha da güclənməsi işinə töhfələrimə görə verilir. Bu, türk dövlətləri tərəfindən mənim işimə, mənim fəaliyyətimə verilən çox yüksək mükafatdır, yüksək qiymətdir. Buna görə də mən bütün Azərbaycan xalqı adından çox dərin təşəkkürümü bildirirəm. Çünki mən belə zənn edirəm ki, bu mükafat bütün Azərbaycan xalqına verilmiş mükafatdır».

«Türk Dünyasının Ali Ordeni»ni təqdim etməsidir. Türkiyə Prezidenti mükafatı təqdim edərkən bildirmişdi: “Hörmətli Prezident, Əziz qardaşım, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə Qarabağda təxminən otuz il davam edən işğala 44 gündə son qoyulması təkcə azərbaycanlı qardaşlarımız üçün deyil, bütün türk dünyası üçün böyük əhəmiyyət daşımaqdadır».

Bəli, bu mükafat Azərbaycan Prezidenti İlham Əliyev cənablarının əsl siyasətinə verilən böyük dəyərdir. Çünki güclü ölkənin güclü, qətiyyətli lideri də güclü olur. Böyük mütəfəkkir Viktor Hüqo vaxtilə yazırdı: «Əsl liderin ömrünün yarısı Vətənə, digər yarısı da xalqa xidmət etməkdən ibarətdir».

“Türk Dünyasının Ali Ordeni” Ali Baş Komandan İlham Əliyevin qalib liderliyinin, beynəlxalq nüfuzunun dünyaya təqdimatıdır. Bu, həm də Azərbaycanın sədrlik dönəmində türk dünyasının birləşməsi üçün böyük səylər göstərməsinə verilən mükafatdır.

“Bugünkü Zirvə görüşünün çox böyük tarixi əhəmiyyəti var. İlk növbədə ona görə ki, biz Şuramızı təşkilata çeviririk və bu təşkilatın çox gözəl gələcəyi var. Çünki bu təşkilatın təməlində təbii müttəfiqlər yerləşir və həm tarix, həm mədəniyyət, həm bizim ənənələrimiz, bizim adət-ənənələrimiz, bax, bu birliyi diktə edir. Eyni zamanda, indiki dünyada təhlükələr hər ay, hər il yaranır və əfsuslar olsun ki, dünyanın aparıcı ölkələri bu təhlükələrə qarşı düzgün addımlar ata bilmirlər və əminəm ki, Türk Dövlətləri Təşkilatının təkcə ölkələrimiz, xalqlarımız üçün deyil, dünya üçün önəmi bundan sonra da artacaq”, – deyə dövlətimizin başçısı bildirib.

Qeyd edim ki, Azərbaycan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) təsis ediləndən bəri təşkilatda fəal təşəbbüskar tərəf olub. Azərbaycan ötən iki ildə Türk Şurasına sədrlik edib, bu dövrdə həm COVID-19 pandemiyasına qarşı sistemli mübarizə aparıb, həm də İkinci Qarabağ savaşında böyük Zəfər qazanmaqla hər üç məsələdə fədakarlıq göstərərək istədiklərinə nail olub. Məhz Azərbaycan Prezidenti İlham Əliyevin “Türk Dünyasının Ali Ordeni” ilə təltif olunması bütün bu işlərə, qazanılan tarixi Zəfərə verilən yüksək qiymətdir, bu mükafat bütün Azərbaycan xalqına verilmiş mükafatdır. Çünki Qarabağ Zəfəri həm Azərbaycan, həm də türk dünyası birlik istəklərinin reallaşdırdığığı dönüş nöqtəsidir. Çünki Azərbaycan 30 il davam edən ədalətsiz və hüquqsuz bir işğal 44 gün ərzində Azərbaycan-Türkiyə qardaşlığı, birliyi dünyada analoqu olmayan və bu gün Ulu Öndər Heydər Əliyevin «Bir millət, iki dövlət» kəlamı sadəcə olaraq, kəlam deyil, gerçəkliyə çevrilən reallıqğı sübut etdi. Prezident İlham Əliyev noyabrın 12-də İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə görüşündə çıxışı zamanı bildirdi ki, bizi İkinci Qarabağ savaşında əldə etdiyimiz Zəfər göstərdiyimiz əzmkarlıq, iradə, rəşadətlə yanaşı bizə güc verən qardaşlıq birliyi oldu: «İkinci Qarabağ savaşında göstərdiyimiz əzmkarlıq, iradə, rəşadət bizi böyük Zəfərə gətirib çıxardı və onu da bildirməliyəm ki, bunu hər kəs görür, bizə əlavə güc verən əziz Qardaşım Rəcəb Tayyib Ərdoğanın müharibənin ilk saatlarından başlayaraq son dəqiqələrinə qədər bizə göstərdiyi dəstək və mənəvi dayaqdır. Çünki biz bu dəstəyi hiss edərək, onun sözlərinə qulaq asaraq özümüzü daha da güclü hiss etdik. Çünki hörmətli Cümhurbaşqanı demişdir ki, Azərbaycan bu savaşda tək deyil. Türkiyə Azərbaycanın yanındadır və hər zaman yanında olacaqdır və bu, bizə əlavə güc verdi».

Bəli, bu, Ali Baş Komandan, Prezident İlham Əliyevin diplomatik siyasətinin göstəricisidir, bu, «bir millət, iki dövlət» kəlamına əsaslanan monolit birliyidir. Bu, Qalib Sərkərdə İlham Əliyevin son 18 illik Prezidentlik fəaliyyəti dövründə həyata keçirilən xarici siyasətinin nəticəsidir. «Türk Dünyasının Ali Ordenə» layiq görüldüyünə görə təşəkkürünü bildirən dövlətimizin başçısı deyib: “Bu, mənim üçün böyük şərəfdir, eyni zamanda, böyük məsuliyyətdir. Mənim sevincimi ikiqat edən odur ki, bu Ali Ordeni mənə Türk Şurasına üzv ölkələrin dövlət başçıları təqdim edirlər. Onların imzası ilə və əziz qardaşım, hörmətli Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə bu yüksək mükafat mənə verilir”.

Bir sözlə, Azərbaycan Prezidenti İlham Əliyevin “Türk Dünyasının Ali Ordeni” ilə təltif olunması tarixi hadisə olmaqla, həm də dövlətimizin başçısının türk dünyası qarşısındakı xidmətlərinə verilən ədalətli qiymətdir. Bu mükafat Azərbaycan Prezidentinin böyük şəxsiyyətinə, Türk dünyasında liderliyinə, beynəlxalq miqyasda və türkdilli dövlətlər arasında olan yüksək nüfuzuna, ən əsası Azərbaycan Respublikasının ərazilərinin işğaldan azad edilməsini və ərazi bütövlüyünün bərpasını təmin edərək Türk birliyinə mühüm töhfə verən, bölgədə davamlı sülh və sabitliyin əldə olunmasına yol açan tarixi qələbənin əldə olunmasındakı misilsiz xidmətlərinə verilən böyük dəyərdir. Bir sözlə, Azərbaycan Prezidentinin Türk Dünyasının Ali Ordeni ilə təltif olunması tarixi Zəfərimizin təsdiqidir. Bu bir daha sübut edir ki, Türk dünyasının birlik arzusunu reallaşdıran Qalib Sərkərdə türk dünyasındakı liderliyinə və bütövlükdə Azərbaycan xalqına qardaş türk xalqları tərəfindən verilən yüksək dəyərin nümunəsidir. Bu Ali Mükafat Prezident İlham Əliyevin Azərbaycan Respublikasının ərazilərinin işğaldan azad edilməsini və ərazi bütövlüyünün bərpasını təmin edərək türk birliyinə mühüm töhfə verən, bölgədə davamlı sülh və sabitliyin əldə olunmasına yol açan tarixi Qələbənin əldə olunmasındakı misilsiz xidmətlərinə verilən layiqli qiymətdir. Budur, Qalib sərkərdə olmaq!. Budur, türkdilli dövlətlər arasında coğrafi bağlılığın bərpa edilməsinə, bütün Türk dünyasının birlik arzusunun reallığa çevrilməsinə misilsiz töhfələr verən lider olmaq!

 

ZƏRİFƏ QULİYEVA,

“Modern ailə və inkişaf” İctimai Birliyinin sədri