Kəlbəcərin ZALLAR kəndini kimlər tarixdən silmək istəyir?-Prezidentə ŞOK MÜRACİƏT+VİDEO

-Kəlbəcərin ZALLAR kəndini kimlər tarixdən silmək istəyir?

Theazerbaijantimes.az “ictimai qınaq”a istinadən Kənd sakinlərindən Prezident İlham Əliyevə ilginc MÜRACİƏTİNİ olduğu kimi təqdim edir:
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə
Kəlbəcər rayonunun Zallar kənd sakinləri tərəfindən
                                         M Ü R A C İ Ə T
Möhtərəm cənab Prezident!
Sizin komandanlığınız altında işğaldan azad edilmiş torpaqlarımıza ziyərətiniz bizi həddindən çox sevindirir. Sizin Kəlbəcərə tarixi səfəriniz zamanı Zallar kəndinin ərazisindən keçərkən kəndimizin adını çəkməyiniz biz Zallar camaatını sözün əsl mənasında qürurlandırdı. Zallar kəndi Murov dağını aşandan sonra Kəlbəcərə gələn qonaqları qarşılayan birinci kənddir. Kəndimizin camaatı olduqca qonaqpərvərdir və doğma torpaqlara qayıdışı səbrsizliklə gözləyirik ki, kəndimiz axarlı-baxarlı günlərinə qovuşsun. Erməni tapdağında olan ata-baba torpaqlarımızı işğaldan azad edərək qaytardığınız və bu möhtəşəm tarixi günü bizə bəxş etdiyiniz üçün Sizə sonsuz təşəkkürlərimizi bildiririk.
Möhtərəm cənab Prezident!
Lakin son bir neçə ayda qədim tarixi köklərə və milli dəyərlərə malik kəndimizə qarşı təxribat xarakterli addımlar atılır. Bu təxribatçılıq və ayrıseçkilik xarakterli addımlar Sizin Kəlbəcərə səfəriniz zamanı bizim kəndinin adını xüsusi olaraq qeyd etdiyiniz tarixdən daha da sürətlənib. Zallar kənd sakinlərinə qarşı hücumlar isə bizimlə qonşu kənd olan Yanşağın bəzi ziyalıları və icra nümayəndəliyi tərəfindən aparılır. Onlar sosial şəbəkələr üzərindən (xüsusən də feysbuk üzərindən)bizi təhqir etməklə yanaşı, Kəlbəcərin son paylaşılan xəritələrində Zallar kəndinin coğrafi mövqeyini saxtalaşıdıraraq ikinci kənd kimi qeyd ediblər. Hələ bu azmış kimi özlərinə onları idarə edən İsmayıl Türkel adlı “prezident”də seçiblər. Hətta, bu şəxsin anası və İcra nümayəndəliyində müavin işləyən dayısı Ali Baş komanadanın rəhbərliyi ilə Azərbaycan Ordusunun işğaldan azad etdiyi Zallar və Yanşaq kəndini, Yanşaq yazılan lövhənin basdırılmasını təxribatçı əməllərlə məşğul olan İsmayıl Türkelə “hədiyyə”ediblər. Belə ki, kənd inzibati ərazi dairsəinin rəhbər şəxsləri icazəsiz (portalda qeydiyyatdan keçmədən) Kəlbəcər ərazisinə daxil olaraq Yanşaq sözü yazılan lövhəni Yanşaq kəndinin girişinə deyil, qəsdən Zallar kəndinin mərkəzinə basdırıblar. Cənab Prezidentin Kəlbəcərə tarixi səfəri zamanı kəndinin girişinə asılmış Zallar yazısını isə 2020-ci ilin noyabrında bir dəfə çıxarıb kənara atmışdılar. Sonradan kənd sakinlərinin etirazı sayəsində tanıtım lövhəsi bərpa edildi. Eyni zamanda Zallar adı yazılan lövhənin üzərinə sakinlərin asdığı Azərbaycan və Türkiyə bayraqlarını da çıxarıblar. Belə addımların isə hansı hüquqi məsuliyyət yaratdığını şərh etməyə ehtiyac yoxdur.
Möhtərəm cənab Prezident!
Diqqətinizə çatdıraq ki, Zallar kəndinin 3000 nəfərdən yuxarı əhalisi var. Kəndimiz Kəlbəcər işğal edilməmişdən əvvəl (1993-cü ilə kimi) Yanşaq kənd İcra nümayəndəliyinin tərkibində olub. Hazırda da Yanşaq kənd İnzibati Ərazi Dairəsinin tərkibindədir. Baxmayaraq ki, Yanşaq kəndinin əhalisi bizim kəndin əhalisindən 5 dəfə azdır və ərazi baxımından da bizim kənd Yanşaqdan xeyli böyükdür. Ancaq onlar hər vəchlə bizim üzərimizdə ağalıq etmək, bizi aşağılamaq və gözdən salmaq istiqamətində addımlar atırlar. Bu işin əsas ilhamverciləri isə İnzibati Ərazi Dairəsinin rəhbərliyidir.Konkret desək, adını dövlət məmuru qoyan Niyaməddin İsayev, Tahir Məmmədov və guya minaya düşdüyünü ölkəyə car çəkən, dövləti aldadan Şöhrət Cəfərov kimi yalançı “qəhrəman”lar qızışdırıcı mövqe sərgilməklə yanaşı, odu körükləməklə məşğuldur. Dövlət qulluqçusu olan Tahir Məmmədovla Şöhrət Cəfərovun əhali arasında ayrıseçkiliyin salınmasında “əməyi” böyükdür. Əslində isə hər bir məmurun qarşında duran başçlıca vəzifə fəaliyyət dairəsindəki əhaliyə, sakinlər bərabər şəkildə xidmət etməkdir. Ancaq bütün halların fonunda görünən odur ki, bu iki böyük kəndin bir nümayəndəlik altında olması bir sıra ciddi çətinliklər törədir və qanunsuz hərkətlərinə son verilməyən kəndin başbilən məmurları və özünün ziyalı sayan bəzi şəxslər hər ötən gün çirkin əməllərini davam etdirirlər. Konkret desək, Yanşaq kəndindən olan bəzi maraqlı qüvvələr kənd camaatını bir-birinə vurdurmaqla məqsədli şəkildə gərginlik yaradırlar. İsmayıl Türkel və özlərini Yanşaq kəndinin aparcı qüvvəsi hesab edənlər məqsədli şəkildə sosial şəbəkələr üzərindən bizim kəndin tarixini saxtalaşdırmaq istiqamətində çirkin kampaniyalar aparır, kənd sakinləri haqqında aşağılayıcı fikirlər yayırlar. Bununla bağlı əlimizdə kifayət qədər sübutlar var. Yaranmış vəziyyətlə bağlı dəfələrlə Kəlbəcər Rayon İcra Hakimiyyətinə və Millət vəkilimizə müraciətlər etsək də, heç bir nəticəsi yoxdur. Görünən odur ki, Kəlbəcər rayon İcra Hakimiyyəti də bu çirkin oyunların təşkilatçılarına havadarlıq edir. Əgər belə olmasaydı bu günə kimi hər hansı bir addım atardılar. Ancaq rayon rəhbərliyi də deyəsən qədim türk torpağı olan Zallar kəndinin adının tarixdən silinməsində maraqlıdır. Əcəba niyəə??? Axı bizim kəndimiz qədim etnoqrafik köklərə malik tarixi kənddir və xeyli sayda ziyalılar, qəhrəmanlar yetişdirib. Eyni zamanda bu günə kimi torpaqlarımızın erməni işğalından azad olunması uğurunda üç hərbi Şəhid, 6 mülki Şəhid vermişik. 40 nəfərə yaxın qəhrəman qazi və veteranlarımız var. Ömər aşırımından keçən kimi ilk kənd Zallardır. Bunu bütün kəlbəcərlilər bilir və dövlətimizin hazırladığı inzibati xəritədə də məhz ilk kənd Zallar göstərilib. Amma təxribarçılıq və ayrıseçkilik salan bəzi Yanşaq sakinləri nədənsə bu reallığı qəbul etmək istəmirlər. Sanki bu addımları ilə dövlətə meydan oxuyurlar. Hələ bu azmış kimi açıq şəkildə bəyan edirlər, sosial şəbəkələr üzərində yazırlar ki, biz yuxarı orqanlarda, Nazirlər kabinetində, Əmlak xidmətində, xəritəçəkmə ilə məşğul olan qurumlarda adamlarımız var və Zalların xəritədən silinməsi üçün hər addımı atacağıq.
Möhtərəm cənab Prezident!
Bizə qarşı edilən ayrıseçkilik və təxribatçı əməllərlə bağlı daha bir faktı diqqətinizə çatdıraq. Bizim şəxsiyyət vəsiqələrimizdə bu günədək qeydiyyat yeri ZALLAR kəndi kimi qeyd edilirdi, yəni ZALLAR kənd sakini kimi. Ancaq son zamanlar şəxsiyyət vəsiqəsi və doğum şəhadətnamələri alanlara Yanşaq kənd sakini yazılır. Bu da haqlı olaraq kənd camaatının narazılığına səbəb olur. Sizcə, bu addımlar Kəlbəcərin və ümumilikdə ölkəmizin tarixinin bilərəkdən, ya bilməyərəkdən saxtalaşdırılması, tariximizə həqarət deyilmi? Axı Siz müzəffər Ali Baş komandan kimi torpaqlarımızın hər azad olunduğu gün həm də ərazilərimizin tarixi adlarını özünə qaytardınız.
Bəs özünü Yanşaq kəndinin başbilənləri hesab edən kiçik məmurların və onların qanunsuz əməllərinə göz yuman Kəlbəcər Rayon İcra Hakimiyyətinin məqsədi nədir? Axı bizim tariximizi, milli kimliyimizi bu günə kimi yalnız mənfur ermənilər, çar rejimi və sovet Rusiyası silməyə çalışıb.
Möhtərəm cənab Prezident!
Siz bütün çıxışlarınızda qeyd edirsiniz ki, vətəndaşları incitmək olmaz. Vətəndaşlara xidmət etmək bütün məmurların borcudur. Əhalini narazı salanlar mütləq cəzalanacaqdır. 3000(üç min) nəfərdən çox əhalisi olan böyük və qədim tarixə malik bir kəndin sakinlərini narazı salmaqla Kəlbəcər Rayon İcra Hakimiyyəti və kənd İnzibati Ərazi Dairəsi əslində dövlət qarşısındakı vəzifə öhdəliklərini yerinə yetirmir. İcra hakimiyyəti bizim üzləşdiyimiz problemi və yaxın gələcəkdə daha böyük problemlərə yol aça biləcək vəziyyəti nəzarətə götürmək üçün heç bir addım atmır. Onun əvəzində kənd İnzibati Ərazi Dairəsi camaatı çörəkpulun kəsməklə, işlərindən çıxarmaqla hədələyir və təhdid edir. Ona görə də sakinlərin bir hissəsi qorxusundan susmaq məcburiyyətindədir. Onu da vurğulayaq ki, kənd icra nümayəndəliyinin özbaşınalığı o həddə çatıb ki, onların məqsədi bizi öz əsarətində saxlamaqdır. Çünki bu cür addımlar, ayrıseçkiliklər illərdir davam edir. Onlar hətta bizi hədələyirlər ki, siz bizdən ayrıla bilmərsiniz, biz nə deyirik o da olmalıdır.
Möhtərəm cənab Prezident!
Yuxarıda qeyd edilənləri nəzərə alaraq və gələcəkdə hər hansı bir xoşagəlməz halların qarşısının alnması məqsədi ilə Sizdən xahiş edirik ki, bizim kəndin ayrıca Kəlbəcər Rayon ZALLAR kənd İnzibati Ərazi Dairəsi kimi ayrılması üçün müvafiq qaydada köməklik göstərəsiniz.
Əvvəlcədən minnətdarlığımızı bildirirk.
Hörmətlə,Kəlbəcər rayon Zallar kənd sakinləri:
1._Rəhimov Mikayıl Şahbaz oğlu
2._Paşayeva Yeganə Murğuz qızı
3._Tapdıqov Mənsur Arıx oğlu
4._Rəhimova Müşərrəf Mənaf qızı
5._Novruzlu Ruslan Qoca oğlu
6._Məmmədov Ramiq Kamran oğlu
7._Qurbanova Yasəmən İsa qızı
8._Qurbanova sadəgül Zallar qızı
9._Məmmədov Kamran İsmayıl oğlu
10._Qurbanov İsa Hümmət oğlu
11._Misirov Rahil Ərəstün oğlu
12._Hüseyova Nuridə Həsən qızı
13._Zalov Zallar Zöhrab oğlu
14._Zalova Vətən Mirağa qızı
15._Zalova Alagöz Rəhim qızı
16._Zalov Cavad Zöhrab oğlu
17._Ədilov Sabir Muradxan oğlu
18._Zalova Nəcibə Sabir qızı
19._Zalov Elmir Zöhrab oğlu
20._Paşayev Vüqar İbrahim oğlu
21._Misirov Nemət Şikar oğlu
22._Paşayeva Tovuz Vüqar qızı
23._Misirov Nicat Murğuz oğlu
24._Rəhimov Məskan Mikayıl oğlu
25._Misirov Ramil Ərəstün oğlu
26._Zalova Gözəl Zallar qızı
27._Zalov Samir Zallar oğlu
28._Məmmədova Elmira Murğuz qızı
29._Misirova Tamella Nemət qızı
30._Yunusova Mülüfər Həsən qızı
31._Əliyeva Pünhan Elbrus qızı
32._Məmmədov Cahangir Hüseyn oğlu
33._Abdullayeva Məhsəti Əsgərxan qızı
34._Abdullayev Rasəf Həsən oğlu
35._Mamedova Zərovşan Rüstəm qızı
36._Vəliyeva Leyla Saməddin qızı
37._Məmmədov Səməddin Kamran oğlu
38._Məmmədov Samir Səməddin oğlu
39._Məmmədov Ülvi Cahangir oğlu
40._Orucov Yolçu Məhəmməd oğlu
41._Məmmədova Tünzalə Nəsrəddin qızı
42._Orucova Məryəm Əvəz qızı
43._Misirov Əlzamin Şikar oğlu
44._Əsgərova Təranə Həsən qızı
45._Tapdıqova Aynurə Arıx qızı
46._Məmmədova Fərizə Cahangir qızı
47._Tapdıqov Elçin Arıx oğlu
48._Hüseynova Nuridə Həsən qızı
49._İsayeva Şəlalə Cahangir qızı
50._Tapdıqova Fitat Musa qızı
51._Ədilova Gülvar Rıza qızı
52._Tapdıqov Elnur Arıx oğlu
53._Misirova Tamara Nemət qızı
54._Ədilov Mürşüd Muradxan oğlu
55._Ədilova Kifayət Çırax qızı
56._Misirov Ramin Mais oğlu
57._Misirova Tamara Məhəmməd qızı
58._Qurbanova Lamiyə İsa qızı
59._Mirzəyeva Cahan Zallar qızı

 

08 oktyabr 2021-ci il

Zallar kənd sakinlərinin videomüraciətini təqdim edirk:

Aşağıdakı fotolar kənd sakinlərinin ölkə başçısı cənab  İlham Əliyevə ünvanladıqları məktubun fotolarıdır. 

Redaksiya olaraq qarşı tərəflərin mövqeyini dərc etməyə hazırıq.

Mənbə: “İctimai qınaq” səhifəsi