Gender bərabərliyi güc/nüfuz məsələsidir-VİDEO

Gender bərabərliyi daha çox güc və nüfuz məsələsidir, çünki dünyadakı sosial, iqtisadi və siyasi quruluş kişilər tərəfindən kişilər üçün yaradılıb. Qadınlar bu dünyaya sanki sonradan əlavə olunub.

Məsələn, avtomobildə təhlükəsizlik kəməri hələ də orta statistik kişini nəzərə almaqla hazırlanır, buna görə də kəmər bağlamış qadınlar yol qəzaları zamanı kəmər bağlamış kişilərlə müqayisədə daha çox zədə alırlar.

Hazırda BMT-nin Bakı ofisində müşavir olan, həmçinin Azərbaycanda bir sıra qadın inkişaf layihələrinin təşəbbüskarı qismində çıxış etmiş Şəmsiyyə Mustafayeva BMT Baş Katibi Antonio Gutyereşin 8 martla bağlı son çıxışını şərh edərkən belə deyir.

Dünya əhalisində qadın və kişi nisbətinin 50/50 olmasına baxmayaraq niyə qərar qəbulunda yalnız bir tərəfin səsi eşidilir? Bərabər ödəniş, siyasi iştirakçılıq, zorakılıq və reproduktiv sağlamlıq kimi bir sıra məsələlərə toxunan Şəmsiyyə xanım həm də mümkün həll istiqamətlərini göstərir.

https://youtu.be/PgVrR95imf8

akinchi.org