TƏCİLİ: Təqib olunan jurnalist Prezidentə muraciət etdi

“2 ay ərizində “Bandoddel”in əməkdaşlarının mənə qarşı edikləri təhdid, təzyiq və hücumları məni ciddi  şəkildə narahat edir, həyatım təhlükədədir”.

Son iki ayda davamlı olaraq təqib, təhdid və təzyiqlərə mərzu qalan Kəlbəcər rayonunun Zar kənd sakini, Dünyanınsəsi.az saytının Baş redkatoru, jurnalist Ərşad Misir oğlu İbrahimov ölkə başçısı İlham Əliyevə muraciət edib.

Həmin müraciət olduğu kimi təqdim edirik:

Möhtərəm cənab Prezident!

Yazıb sizə məlum edirəm ki, “Dünyanınsəsi.Az” saytının rəhbəri olaraq uzun illərdir ki,jurnalist peşə fəaliyyəti ilə məşğulam.Bildirmək istəyirəm ki, 28.07.2021-ci il tarixdə Daxili işlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin bir qurup əməkdaşları tərəfindən Gəncə şəhərindən oğurlanaraq Bakı şəhərinə aparılmışam.Səbəb isə vətəndaş Natiq İsamyılovun polis oğlu ilə bağlı DİN rəhbəri cənab Vilayət Eyvazova ünvanladığı müraciətin dərc edilməsi olmuşdur.Vətəndaşın müraciətinin yer aldığı məqalə saytımızda “Azərbaycanda polisi sevgilisi ilə şantaj edirlər?” başlığı ilə dərc edilib.Məhz bu yazıya gərə DİN-nin Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin Baba(?) adlı əməkdaşı saytın əlaqə nömrəsi olan +994504284005 mobil nömrəsinə zəng edərək məni sözügedən idarəyə dəvət etmişdir.Baba adlı əməkdaşla telfon danışığı zamanı mənə bildirdi ki, təcili idarə rəisi general -mayor Əbülfət Rzayevin qəbuluna gəlməlisiniz.Mən isə səhətimdə olan problemlə əlaqədar gələ bilmədiyimi onun diqqətinə çatdırıdım.Sözügedən idarədə mənə qarşı qeyri-insani rəftarla yanaşı, həm də olmazın mənəvi-psixoloji işgəncələrini verdilər. İdarənin Amil adlı əməkdaşı 2-ci mərtəbədə qollarımı qandallayıb zorla özlərinə sərf edən izahatı yazdırmaq istəyirdi.Məni avqusutun 28 və 29-u iki dəfə general Əbülfət Rzayevin qəbuluna gətirdilər.General isə mənə bildirdi ki, sizə bu haqqı kim verib ki, bizim idarədən yazırsınız? Siz bu qədər özünüzdən razısınız və kimə araxlanırsınız kimi ifadələr işlətməklə əməkdaşlara müvafiq göstrişlər verdi.

Onu da qeyd etmək istəyirəm ki, Kəlbəcər sakinlərinin şikayətləri əsasında Rusiya Federasiyasında taxta-şalban biznesi ilə məşğul olan milyoner Dünyamin Əkbərovun qardaşı Kəlbəcər Rayon Polis Şöbəsinin rəisi Haqverdi Əkbərovdan yazmış olduğum tənqidi yazılar da aidiyyatı olmadığı halda generalın qəzəbinə tuş gəlmişdir(?). Mənimlə aparılan söhbətlərdə əsas mövzü olaraq Kəlbəcərin rəisi haqda bəhs edirdi. Mənə qarşı olan qanunazidd hərkətlərinin ictimailəşdirilməsindən sonra idarə rəisi məni azadlığa buraxarkən qarşıma şərt qoydu ki, nə badə bir də hüquq-mühafizə orqanlarından yazasınız.Əsas xəbərdarlıq qəti şəkildə qoyuldu ki, Kəlbəcər Rayon Polis Şöbəsinin rəisindən yazsanız sizi həbs edəcəyik.Məlumat üçün onu da qeyd etmək istəyirəm ki, Baba adlı polis əməkdaşı polis rəisi Haqverdi Əkbərovun tələbə yoldaşıdır.

Çox hörmətli Prezident, iki aydır ki, polis tərəfindən qanunuz olaraq təqib olunuram. Məhkəmə qərarı olmadan ev, mobil telfonlarım və hərəkət trayektoriyam da daxil olmaqla izlənirəm. Bu hərəkətlər bir vətəndaş kimi həm mənim hüqularımın pozulması, həm də müstəqil medianın susdurlması demək deyilmi? Son iki gündə- 30 və 31 avqust tarixində DİN-nin Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin Amil adlı əməkdaşı saytın qeyd etdiyim əlaqə nömrəsinin vatsapına 0508340053 nömrəsindən yazaraq mənim telfonumun niyə söndüyümü və harada olduğmu yazmışdır.Və mənimlə telfon danışığında bildirdi ki, guya Naftalan şəhərində Çinar İstirahət Mərkəzindədir. Mənə bildirdi ki, gələ bilərsinizmi burada bir çay içək? Mən isə onunla razlaşıb 31.08.2021-ci il tarixdə saat 11-00 -dan saat 16-00-a kimi deyilən ünvanda onu gözləmişəm. Bu gün demokratik hüquqi dövlətdə yaşayırıqsa DİN-nin sözügedən idarəsinin əməkdaşı niyə bu cür hərəkərlər edir? Əgər mənimlə bağlı hansısa bir şikayət varsa niyə yaşadığım ünvana bildiriş göndərilmir?

Hörmətli cənab Prezident! Diqqətinizə çatdırım ki, hər zaman dövlətin və dövlətçiliyin yanında olan “DünyanınSəsi.az saytı olarq vətəndaş şikayətləri əsasında yerli icra hakimiyyətlərinin, bəzi polis orqanlarının özbaşınalığından, xüsusi ilə də işgəncə faktlarından yazdığıma görə dəfələrələ təzyiq və təqiblərlə üzləşmişəm.Mən sayt rəhbəri olaraq müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı olan Ulu öndərimizin siyasi kursunun layiqli davamçısı kimi Sizin daxili və xarici siyasət kürsunu dəstəkləyirəm. Azərbaycan dövlətinin 44 günlük Vətən müharibəsi dövüründə “DünyanınSəsi” olaraq şanlı ordumuzun qələbə xəbərlərini və Ali Baş komandanımızın bütün müsahibələrini dərc etməklə ölkə vətəndaşlarımıza yüksək əzm və ruh vermişik. Bu qələbədən sonra Azərbaycan üçün yeni bir mərhələnin başlanılması, azad olunmuş Qarabağ torpaqlarında genişmiqyaslı bərpa-quruculuq işlərinin aparılmasını,həmin rayonlardan olan sakinlərin doğma torpaqlarına Böyük Qayıdışı barədə mütamadi olaraq yazılar dərc etməyi özümüzə borc bilirik. Ancaq bütün bunların fonunda mənə qarşı edilən təhdid və təzyiqlər Azərbaycan Respublikasının Konstitusiyasına, KİV haqqında qanuna və Azərbaycanın qoşulduğu Avropa İnsan Haqları Konvensiyasına ziddir.

Möhtərəm cənab Prezident! Sonda bir daha  Sizdən xahiş edirəm ki, mənə və “DünyanınSəsi” saytına yönəlik aparılan bu təzyiqlərin durdurulmasına göstəriş verəsiniz. Axı Siz həmişə müstəqil,azad və obyektiv medianın fəaliyyətinə dəstək vermisiniz. Son ümidim Sizədir!

Hörmətlə,

Ərşad Misir oğlu İbrahimov