Mingəçevir İES-in direktoru işçilərin sağlamlığını belə məhv edir-VİDEO

Azərbaycan İstilik Elektrik Stansiyasında-Mingəçevirdə işçilərin sağlamlığı  ciddi təhlükə altındadır.

Mingəçevirdə yerləşən və Qafqazın ən böyük enerji stansiyası olan Azərbaycan İstilik Elektrik Stansiyasında qanun pozuntusu ilə müşahidə olan daha bir xoşagəlməz hal yaşanıb.

Theazerbaijantims.az-a verilən məlumata görə,stansiyada zərərli iş sahəsində çalışan işçilərə sağalamlıqlarının qorunması məqsədi ilə hər gün verilən süd əslində infeksiya və xəstəlik mənbəyidir.Belə ki,pandemiyanın tüğyan etdiyi bir vaxta işçilərə verilən süd stansiyanın həyətinə çirkli və plastik çəlləklərdə gətirilir və elə oradaca açıq hava şəraitində heç bir gigiyenik qaydalara əməl edilmədən işçilərə paylanır. Redaksiyamıza göndərilmiş videoda bunu aydın şəkildə görmək olur.

Həmin videonu təqdim edirik:

Bizi bilgiləndirən mənbə sözlərinə görə,südün mənşəyi və keyfiyyəti də geniş bir araşdırma mövzusudur. Çünki işçilərə verilən südün az qala yarısı sudur. Təminatı həyata keçirən fiziki(bəlkə də hüquqi) şəxsin bu südü haradan necə alması suallar doğurur. Südün keyfiyyətinin kimin tərəfindən yoxlanması da bilinmir. Bir sözlə, nə “cadukünü-məhşur” “Azərenerji” ASC-nin rəhbəri Balababa Rzayevi, nə də onun sevimli kadırı-İES-in direktoru Təhmasib Hüseynovu işçilərin sağlamlığı düşündümür.Yəqin ki,onları düşündürən daha böyük və gəlirli işlərdir.

Görəsən,”Azərenerji” rəhbəri işçilərə pulsuz müalicə-profilaktik südü qabalaşdırılmış şəkildə verə bilməzlər? O boyda böyük stansiyada yüzlərlə “pul qırmaq” yeri olduğu halda həyatları bahasına çalışan işçilərin sağlamlığı üzərindən pul oyunları oynamaq “vicdan məsələsi”ni bir balaca ön plana çıxarmır ki???

DİQQƏT! Nazirlər Kabinetinin təsdiq etdiyi “İşçilərə pulsuz müalicə-profilaktik yeməklərin, süd və ona bərabər tutulan məhsulların verilməsi Qaydaları”na görə “İşçilərə pulsuz müalicə-profilaktik yeməklərin, süd və ona bərabər tutulan məhsulların verilməsi üçün zərərli, ağır və yeraltı əmək şəraitli istehsalatların Siyahısı”na uyğun olaraq, işçilərə pulsuz müalicə-profilaktik yeməklərin, süd və ona bərabər tutulan məhsullar verilir.

 Müvafiq qəarala əmək şəraiti zərərli və ağır qiymətləndirilən iş yerlərində çalışan işçilərə iş vaxtı (növbəsi) ərzində 0,5 litr pulsuz südlə təmin edilir. Pulsuz müalicə-profilaktik yeməklər və süd əvəzinə işçilərə pul kompensasiyasının ödənilməsi qadağandır. Pulsuz müalicə-profilaktik yemək verilən işçilərə süd verilmir.

Azərbaycan İstilik Elektrik Stansiyasının direktoru Təhmasib Hüseynovun diqqətinə çatdlraq ki, süd və ona bərabər tutulan məhsullar iş vaxtı (növbəsi) ərzində iş yerinə yaxın bufetlərdə, yeməkxanalarda və ya sanitariya-gigiyena tələblərinə cavab verən otaqlarda paylanmalı, istirahət və nahar fasiləsi və ya qısa fasilələr zamanı içilməli və ya yeyilməlidir. Zülal hesabı ilə aşağıdakı yeyinti məhsulları 0,5 litr südə bərabər tutulur və süd əvəzinə yalnız bu qidaların verilməsinə yol verilir:

-qatıq məhsulları (kefir və s.) – 500 qram;

– kəsmik, xama – 150 qram;

– yağlılığı 24 faizindən az olmayan pendir – 60 qram.

Südün əvəzinə bu Qaydalarla müəyyən edilməyən digər yeyinti məhsullarının verilməsinə icazə verilmir.

Danışmaq istəsələr qarşı tərəfin mövqeyini dərc edə bilərik