Mingəçevirdə vəkil polislərin gözləri qarşısında qanunları tapdalayır-VİDEO+FOTO

Azərbaycan Vəkillər Kollegiyasının üzvü qanunlara məhəl qoymayaraq hər gün karantin qaydalarını kobud şəkildə pozur.Mingəçevir Polis şöbəsinin əməkdaşları və yüksək rütbəli zabitləri, konkret desək, rəis müavini Azər Hüseynov vəkil Ruhiyyə Kərimovanın özbaşınalığına və törətdiyi qanun pozuntusuna göz yumur.

Theazerbaijantimes.az xəbər verir ki,bu barərdə məlumatı və videomataerialı Dünyanınəsi.az saytına ictimai fəal Ceyhun Məmmədov göndərib. Videodan aydın şəkildə görünür ki,Mingəçevir Vəkil bürosunda çalışan kollegiya üzvü Ruhiyyə Kərimova Mingəçevir Polis şöbəsinin 30-40 metrliyində yerləşən Mingəçevir Şəhər Məhkəməsinin binasından tibbi maskasız çıxaraq insanların intensiv hərkət etdiyi səki ilə öz iş yerinə daxil olur. Hətta, otaqda belə maskadan istifadə etmir. Hələ bu azmış kimi ictimai fəalın “niyə tibbi maska taxmırsan” iradına onu “102”yə zəng etməklə hədələyir.

Dünyanınsəsi.az saytına istinadən həmin videonu təqdim edirik:

Onu da qeyd edək ki, ictimai fəal Ceyhun Məmmədov vəkil Ruhiyyə Kərimovanın karantin qaydalarını pozması ilə əlaqədar DİN-ə və Mingəçevir Polis şöbəsinə rəsmi şikayət edib. Ancaq nədənsə tibbi maskaya görə imkansızların və yazıqların qənimi olan polislər hüquq müdafiəçisinin qanunlara hayqırı münasibətinə hüquqi qiymət vermir. Bir sözlə, sanki Rujiyyə Kərimovadan çəkinən polis ona müvafiq qaydada cərimə tətbiq etmirlər. GÖRƏSƏN, NİYƏƏƏ ???

 

Yəqin qanunun aliliyinin qorunmasını vəkillik peşəsinin əsas istiqamətləri sayan Vəkillər Kollegiyasının sədri hörmətli Anar Bağırov vəkil Ruhiyyə Kərimovanı bu qanun pzountusuna görə cəzalandıracaq və bununla bağlı müvafiq addımlar atacaq.

Redaksiya olaraq bildiririk ki, Mingəçevir Polis şöbəsinin və tibbi maskdan istifadə etməyən Ruhiyyə Kərimovanın mövqeyini dərc etməyə hazırıq.

Xatıraladaq ki, İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinə əsasən, epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər iki yüz manat məbləğində, hüquqi şəxslər dörd yüz manat məbləğində cərimə edilir. Həmin xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə fiziki şəxslər iki yüz manat məbləğində, vəzifəli şəxslər dörd yüz manat məbləğində, hüquqi şəxslər səkkiz yüz manat məbləğində cərimə edilir.

Mənbə:dunyaninsesi.az