“…Qafan artıq Azərbaycana verilib…” –Erməni hərbçilər

“Ermənistan hərbi polisi internetdə yayılan bir neçə hərbçinin “Qafan şəhərinin təslim edilməsi” haqda danışdığı  video-yazını araşdırır”. 
Moderator.az xəbər verir ki, bunu Ermənistan Baş Prokurorunun müşaviri Qor Abramyan  “Facebook” səhifəsində yazıb.
Qeyd edilir ki, bir müddət əvvəl “Mediaport” telegram-kanalı bir neçə erməni hərbçinin xidmət şərtlərindən şikayətləndikləri, bəzi əmr və təlimatlardan bəhs etdikləri bir video yayımlayıb.
“Bizə deyirlər ki, postlarınızı boşaldın, onsuz da  Qafan artıq Azərbaycana təslim edilib. Burada hər tərəfdə türklərdir [azərbaycanlıları nəzərdə tutur]. Onlar  60-70 nəfərdir,  biz isə yalnız 9 nəfərik. Əlaqə yoxdur, ratsiya yoxdur” – video-yazıda erməni hərbçilər belə deyir.
Sərhəddə xidmət şərtləri ilə bağlı yayımlanan məsələlərlə əlaqədar Gorus qarnizonunun prokuroru Hayk Markaryanın göstərişi ilə Qafan hərbi polis şöbəsində materiallar hazırlanır.
Qor Abrahamyan özü təhlükəsizlik səbəbi ilə bəhs edilən videonu yayımlamayıb.
Bir müddət sonra hüquq müdafiəçisi Ruben Melikyanın yaydığı məlumata görə, bəhs edilən videonun çəkildiyi nəzarət məntəqəsinin komandiri gecə yarısı hərbi polisə çağırılıb.