Mingəçevirdən dünya türklərinə Qarabağ çağırışı-FOTOLAR

“Dünyanın  müxtəlif coğrafi məkanlarında yaşayan və ictimai-mədəni sahədə fəaliyyət göstərən türklər Qarabağın dünyaya tanıdılması üçün bir araya gəlməyə hazırdır”. 

Azerbaijantimes.az “Kanal32″yə istinadən xəbər verir ki, bu fikirlər Mingəçevir şəhər Üzeyir Hacıbəyli adına 11 illik musiqi məktəbinin direktoru Vüsal Məmmədov təşəbbüsü ilə dünyanın müxtəlif ölkələrində yaşayan türklərlə keçirilən onlayın konfransda səsləndirilib. Konfransın keçirilməsində məqsəd II Qarabağ savaşında qazandığımız Zəfər sonra Qarabağın və işğaldan azad olunmuş digər rayonların tarixi, mədəniyyəti ilə onları tanış etmək ,həmçinin gələcəkdə birgə layihələrin icrası ilə bağlı müzakirələr aparmaq olub.

Onlayın görüşə Türkiyədən,İraqdan (türkmənlər), Macarstandan, Fransadan, Moldovadan (Qaqauziya), Rusiyadan (Tatarstan), Ukraynadan, İrandan (Cənubi Azərbaycan) və Şimali Kipir Türk Cumhuriyyətindən olan ictimai fəal türklər qatılıb.

Tədbrinin təşkilatçısı Vüsal Məmmədov öncə Qarabağın tarixi,mədəniyyəti, milli dəyərləri, eyni zamanda erməni vandalizmi haqqında geniş şəkildə məlumat verib.O cümlədən, Qarabağın tarixi abidələrinin fotolarını nümayiş etdirib.

Onlayın konfransa qoşulan türklər aparılan müzakirələrin hazırkı dönəm üçün mühüm əhəmiyyətini xüsusi vurğulayıblar. Qeyd edilib ki, bütün dünya türkləri ortaq mədəniyyətimizin, milli dəyərlərimizin qorunması, Qarabağın tarixi həqiqətlərinin dünyaya çatdırılması istiqamətində birgə əməkdaşlıq çərçivəsində çalışmalıdır.Dünyanın  müxtəlif coğrafi məkanlarında yaşayan və ictimai-mədəni sahədə fəaliyyət göstərən türklər Qarabağın dünyaya tanıdılması üçün bir araya gəlməyə hazırdır.

Vüsal Məmmədovun daha bir təşəbbüslə çıxışı edərək bildirib ki,yaxın gələcəkdə Qarabağda-Şuşada,işğaldan azad olunmuş digər torpaqlarımızda Qarabağla bağlı elmi-praktik, elmi-nəzəri konfransların keçirilməsi siyasi- ideoloji baxımdan mühüm əhəmiyyətə malik ola bilər.

Həmçinin, dünyanın müxtəlif ölkələrindəki türklərlə birgə konsert proqaramlarının, beynəlxalq səviyyəli festifalların keçirilməsi, işğaldan azad olunmuş bütün ərazilərdəki dini, mədəni-tarixi məkanların marşurtlarını müəyyən etməklə səfərlər təşkili səsləndirilən təkliflərdən olub. O cümlədən, bildirilib ki, birgə əməkdaşlıq çərçivəsində Qarabağ həqiqətləri ilə bağlı bir neçə dildə kataloqların hazırlanması, sənədli filimlərin çəkməsi,media turların təşkili, birgə layihələrin icrası, qarşılıqlı səfərlər və Avropadakı türkləri bir araya gətirmək önəmli addımlardan olardı.

Konfransa qatılan “Kanal32” Media Şəbəkəsinin rəhbəri İnqlab Şirinsoy isə iştirakçıların diqqətinə çatdırıb ki,bütün bu tədbirlərə ən yüksək səviyyədə informasiya dəstəyi verməyə hazırıq.

Tədbrinin sonunda bütün iştirakçılar Vüsal Məmmədovun təşəbbüsünü və təkliflərini birmənalı şəkildə dəstəklədiklərini ifadə ediblər. Bu qəbildən olan görüşlərin və müzakirələrin auditoriyasının genişləndirməyin vacibliyini vurğulayıblar.

Kanal32.az