İctimai Yayım Şurasının üzvlərindən hərbiçi ailələrinə dəstək

İctimai Yayım Şurasının üzvləri Vətən Müharibəsində iştirak edən hərbiçilərin ailələrinə dəstək kampaniyası həyata keçirib.

Məlum olduğu kimi erməni işğalına qarşı 44 gün davam edən Vətən müharibəsi zəfərlə başa çatdı. Ərazi bütövlüyümüz bərpa edildi. Ancaq bu müharibə təkcə özünün hərbi-taktiki yenilikləri, üstünlükləri ilə deyil, həm də milli və ideoloji baxımdan mühüm tarixi hadisəyə çevrildi. Bu milli birliyin nəticəsi idi ki, həmin 44 gündə hamı bir nəfər kimi Ali Baş komandanın və ordumuzun  ətrafında birləşdi, hərə öz imkanları daxilində öz dəstəyini nümayiş etdirdi. Bu dəstək xüsusən arxada cəbhədə geniş miqyas aldı. Ən diqqətçəkən addımlardan biri kimi döyüşçülərin ailələrinə, erməni hücümuna məruz qalmış şəhərlərdəki zərə çəkmiş ailələrə  ictimaiyyət nümayəndələrin hər an diqqət göstərməsini, onların problemlərinin həlli istiqamətində işlərin həyata keçirilməsini, həmin ailələrə maddi və mənəvi dəstək məqsədi ilə humantiar aksiyaların təşkilini göstərmək olar. Bütn bu addımlar əslində ön cəbhədəki birliyimizə yönəlmişdi.

Belə humanitar aksiyalardan bir neçəsini də İctimai Televizya və Radio Yayımları Yayım Şurasının sədri akademik Muxtar İmanovun rəhbərliyi ilə şuranın üzvüləri həyata keçirib. Onlar döyüşçü ailələrinin evlərinə baş çəkib, onlara sovqatlar paylayıblar. Eyni zamanda şüraının üzvü, Jurnalist Qadınlar Assosiasiyasının rəhbəri Sevil Yusifova Gəncə şəhərində tərxis olunmayan hərbiçlərinin evlərinə gedərək onlara ərzaq bağlamaları təqdim edib, onların yaşlı və xəstə ailə üzvlərinin problemləri ilə maraqlanıb. O, görüş zamanı bildirib ki, Azərbaycan dövləti ilə yanaşı, ictimaiyyət nümayəndələri də həmişə sizlərin yanındadır və sizlər tək deyilsiniz.

Sevil Yusifova onu da diqqətə çatdırıb ki,44 günlük Vətən Müharibəsi ön cəbhədə torpaqlarımızın düşməndən azad edilməsi istiqamətində uğurlu hərbi əməliyyatlarda qazi adını qazanan vətən övladları, Şəhid ailələri daim dövlətimiz tərəfindən diqqətdə saxlanılır. Onlarla mütamadi görüşlər keçirirlər, onların qayğıları ilə maraqlanırlar.

Onu da qeyd edək ki, İctimai Televizya və Radio Yayımları Yayım Şurasının sədri akademik Muxtar İmanov Vətən Müharibəsi vaxtı  iki aylıq maaşını Silahlı Qüvvələrə Yardım Fonduna köçürüb. Bundan sonra da öz dəsətyini müxtəlif istiqamətlərdə davam etdirəcəyini deyib.