Yevlaxda Şəhid ailələri və qazilərlərlə görüşlər davam edir-FOTOLAR

Azərbaycan tarixinin şanlı səhifələrinə öz adlarını qanları ilə yazıb, xalqımıza Qarabağ adlı böyük bir zəfər bəxş edən qəhrəman şəhid və qazilərimiz,biz Sizləri unutmadıq,unutmarıq,unutmayacağıq…

Kanal32.az-ın məlumatına görə,bu fikirlərYeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatının sədri, Millət vəkili İlham Məmmədovun  və YAP üzvü, “Dərəlyaz”MMC-nin rəhbəri  Nurlan Həsənovun Yevlax rayonunda şəhid ailələri və Vətən müharibəsi qaziləri ilə keçirilən növbəti görüşüləri zamanı səsləndirilib.

Ailələrlə görüş rayonun ən böyük kəndlərindən olan Malbinəsi kəndində və Yevlax şəhərində baş tutub. Hər iki şəxs Yevlax rayon Malbinəsi kənd sakini, Vətən müharibəsində şəhid olmuş Vüqar Bahadurzadənin, Yevlax şəhər sakinləri, Vətən müharibəsi şəhidləri Elnur Şirinzadənin, Yusif Məmmədovun və Murad Ağazadənin,eyni zamanda Vətən müharibəsi qazisi Yusif Ağaməmmədovun evlərində olublar. Şəhid ailələrinə başsağlığı verrərək, onların ruhuna dualar oxuyublar. Qazilərimizə tezliklə  sağlamlıqlarına qovuşmalarını arzulayıblar.

Millət vəkili İlham Məmmədov bildirib ki,Ali Baş komandanın rəhbərliyi ilə bu torpağın uğrunda canlarını, sağlamlıqlarını düşünmədən fəda edən, 30 illik həsrət son qoyaraq  torpağlarımızı mənfur düşməndən azad edən qəhrəman əsgərlərimizin, şəhid və qazilərimizin valideynləri qarşısında baş əyirik və belə qəhrəman övladları böyüdən valdeyinlərə minnətdarıq.Dövlətimiz hər zaman sizlərin yanındadır.

“Dərəlyəz” MMC-nin rəhbəri, iş adamı Nurlan Həsənov da öz növbəsində Şəhidlərin ailə üzvülərinə Allahdan səbr diləyib və onların övladlarının tariximiz boyunca ürəklərdə yaşayacağını deyib.Həmçinin,diqqətə çatdırıb ki,bütün Şəhid ailələri və qazilər dövlətimizin başçısı cənab İlham Əliyevin,Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xüsusi qayğısı ilə əhatələnib və onların ən xırda problemlərinə belə həssaslıqla yanaşmağı hər kəsin qarşısında vəzifə olaraq qoyub.Bunun nəticəsi olaraq sosial-məişət problemlərininzin, üzləşdiyiniz çətinliklərin, qısa zaman kəsiyində aradan qaldırılması istiqamətində addımlar atılır.Eyni zamanda sağlamlıqlarını itirmiş qazilərimizin əməliyyatları,müalicələri dövlətimiz tərəfindən, xüsusən ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın şəxsi nəzarəti altında yüksək səviyyədə həyata keçirilir.Biz də ictimaiyyət nümayəndələri olaraq hər zaman sizlərə dəstək olmağa və üzləşdiyiniz çətinliklərin aradan qaldırılmasına dəstək verməyə hazırıq-deyə iş adamı bildirib.

Şəhid valideynləri və qazilər də, öz növbəsində onlara göstərilən diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə, eyni zamanda  Birinci Vitse Prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər. Şəhid valdeyini kimi övladlarının öz qanları ilə yazdıqları qəhrəmanlıq səlnaməsindən qürur duyduqlarını bildiiblər.

 

Görüşün sonunda hər iki şəxs Şəhid ailələrinin və qazilərin  problemlərini dinləyiblər və edilən müraciətləri qeydə alıblar.

 

Kanal32.az