Koronavirusdan qorunmaq sosial tələbdir-FOTO

“Azərbaycan aləmi ” Mədəniyyət Mərkəzi monitorinqlər keçirəcək…

Azerbaijantimes.az-ın məlumatına görə,“Azərbaycan aləmi ” Mədəniyyət Mərkəzi Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət  Dəstəyi  Şurasının maliyə dəstəyi ilə “Koranavirus pandemiyası ilə mübarizə, əhalinin maarfiləndirilməsi, aztəminatlı ailələrə yardımın təşkili” layihəsi çərçivəsində maarifləndirmə işlərini davam etdirir. İnternetin zəif və məhdud olması səbəbindən İctimai Birliyin könülüləri küçələrdə və ictimai yerlərdə vətəndaşlarla söhbətlər edirlər.

Bundan başqa  təşkilat öz daxili resusları hesabına xeyriyyə işləri də təşkil edir. Belə ki, İctimai Birliyin üzvləri Böyük Vətən müharibəsində iştirak edən Gəncə şəhərində yaşayan bəzi hərbçilərin evlərinə baş çəkiblər. Təşkilatın sədri Ş.Yusifova  bildirib ki, əsgər ailələrinin üzvlərinə maska və dizinfeksiya üçün vasitələr hədiyyə edilib. Eyni zamanda Qarabağ veteranlarınıdan və şəhid ailələrindən bir neçəsinə  Azərbaycan bayrağı təqdim edilib.

“Bütün görüşlərimizdə koronavirusla mübarizə aparılması üçün regionda  gənclərin maarifləndirilməsi istiqamətində görülən işlərin daha geniş miqyasda təşkili  məsələsi müzakirə  olunub”-deyən xanım Yusifova  onu da söyləyib ki, qərara  almışıq partnyorlarımızla birlikdə  könüllü olaraq bazarlarda, dükanlarda və sərnişindaşıma sahəsində monitorinqlər keçirək. Qənaətbəxş olmayan hallar barədə adiyyatı orqanlara məlumat verək. Mediada monitorinqin nəticələrini işıqlandıraq. Artıq bu sahədə fəaliyyətə başlanılıb.