“Azərenerji”də kütləvi işdənçıxarma-FOTOLAR

“Azərenrji”ASC-nin sədri Balababa(üzr istəyirik Baba) Rzayev 2019-cu ilin yanvarında 1-ci vitse-prezident Mehriban xanım Əliyevanın işə bərpa etdirdiyi Mingəçevir İES-in və SES-in mühafizəçilərini kütləvi şəkildə işdən çıxarıb.

Bu barədə redaksiyamıza daxil olmuş məlumtda bildirilir.Pandemiya dövründə işdən çıxarılnalar onlara edilən təzyiqlərlə bağlı Mehriban xanım Əliyeva müraciət göndəriblər.

Həmin müraciəti olduğu kimi təqdim edirik:

Mingəçevirdə yerləşən Azərbaycan” İstilik Elektrik Stansiyasının (İES) Hərbiləşdirilmiş Mühafizə Dəstəsinin 12 nəfər işdən çıxarılan əməkdaşı tərəfindən

MÜRACİƏT

Hörmətli Mehriban xanım,bildiririk ki, Sizin sayəsində işlədiyimiz “Azərbaycan İstilik Elektrik Stansiyasının (Mingəçevir) Hərbiləşdirilmiş Mühafizə Dəstəsinin əməkdaşları olaraq bu günə kimi qarşımıza qoyulan vəzifələri yerinə yetirməyə çalışmışıq. Ancaq iş olan yerdə nöqsanların olması qaçılmazdır. Bu nöqsanların müəyyən hissəsi bizdən asılı olsa da, bir hissəsi bilavasitə bizdən asılı olmayan səbəblərlərlə bağlıdır. Belə ki, biz yoxlamaların dəqiq həyata keçirilməsi üçün lazım olan avadanlıq və cihazlarla təmin edilməmişik. Bu da öz nöbəsində işimizdə müəyyən çatışmazlıqlara yol açıb. “Azərnerji” ASC-nin nəzdində olan Hərbiləşdirilmiş Mühafizə Dəstəsinin rəhbərliyi də məhz bunu əsas tutaraq Qurban bayramı ərəfəsində pandemiya dövrünü belə nəzərə almadan bizi işdən azad edib (bizə deyildi ki, əgər öz istəyinizlə ərizə yazıb işdən çıxmasanız, sizi Ə.M-nin 70-ci maddəsinin “ç” bəndi ilə qovacağıq). Biz də məcbur qalıb bu addımı atmalı olduq.

Diqqətinizə çatdıraq ki, bizim maddi durumumuz olduqca aşağıdır. Ailəmizdə başqa işləyənlərimiz yoxdur. Çox çətin şəraitdə yaşayırıq. Mingəçevirdə iş tapmaq isə müşkül məsələdir.

Hörmətli Mehriban xanım, biz tam məsuliyyətlə və əminliklə bildiririk ki, üzləşdiyimiz bütün çətinliklərə baxmayaraq hər zaman dövlətimizin başçısı cənab İlham Əliyevin apardığı siyasəti dəstəkləmişik və dövlətimizə canı dildən xidmət etmişik və bundan sonra da etməyə hazırıq.

Hörmətli Mehriban xanım, ona görə də məhz Sizin haqlarını müdafiə etdiyiniz işçilər olaraq Sizdən xahiş edirik ki, bizim işimizə bərpa olunmağımız,yaxud da İstilik Elektrik və Su Elektirik stansiyalarınında başqa işlə təmin edilməmiz üçün müvafiq qaydada göstəriş verəsiniz. Son ümidimiz Sizədir…! Öncədən dərin minnətdarlığımızı bildiririk!

İMZALAR:

Əsədov Səməd Xanəli oğlu

Əsgərov Cəmil Zabil oğlu (Məcburi köçkün)

Nəbiyev Orxan Elxan ( Qarabağ qazisi)-SES

Qurbanov Yaşar Lətif oğlu

Alcanov Arif Vaqif oğlu ( Qarabağ qazisi)-SES

Niftəliyev Elgün Ramazan oğlu-SES

Abdullayev Tural Ayaz oğlu

Qurbanov Yaşar Lətif oğlu (Əfqanstan veteranı)

Səmədov Sənan Namiq oğlu

Musayev Fərhad Mövlud oğlu

Baxşıyev Elman Adil oğlu

Əliyev Ramin Niyaz oğlu

Oyun qurularaq işdən çıxarılanlar onu da bildiriblər ki,heç olmasa “Azərenerji” rəhbərliyi bizi Mingəçevirdəki müəssisələrinin birində işlə təmin etsin.Necə ki, bizimlə bərabər işdən çıxarılan 1956-cı il təvvəllüdlü şəxsi İES-də işlə təmin ediblər.