36 ailənin hər birinə 50 manat dəyərində ərzaq kuponları göndərilib.30 ailəyə isə tibbi ləvazimatlarla yardım göstəriləcək.
The Azerbaijan Times Kanal32.az-a istinadən xəbər verir ki,Mingəçevir şəhərində fəaliyyət göstərən “Ailələrə Sosial Dayaq “ İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanınında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi “Pandemiya zamanı ziyan çəkmiş əhalinin aztəminatlı və sağlamlıq imkanları məhdud uşaqların (SİMU)ailələrinə ərzaq yardımı , tibbi ləvazimatlarla köməklik edilməsi ” adlı layihəsinə start verib.
Layihənin icra müddətində 36 ailənin hər birinə 50 manat dəyərində ərzaq kuponları veriləcək, o cümlədən 30 ailəyə tibbi ləvazimatlarla yardım göstəriləcək.
Artıq 03 sentyabr 2020- ci il tarixdə Mingəçevir Mərkəzi poçtundan (Səməd Vurğun, 20, M) 36 ailəyə poçt vasitəsilə ərzaq kuponları göndərilib. Prossesdə layihə rəhbəri Leyla Əmiraslanova Leyla, QHT şurasından monitorinq üçün iştirakçı və könüllülər iştirak ediblər.