Azərbaycan Mediasında İLK-“Seçkidən Sonra”-VİDEO

“Kanal32” İnformasiya Agentliyi  sentyabrın 1-dən Azərbaycan mediasında ilk dəfə yeni və fərqli bir tele-layihəyə başalayıb.Verlişin adı “Seçkidən sonra” adlanır.

“Seçkidən sonra” verlişin əsas məqsədi cənab prezidentin ictimai nəzarətin gücləndrilməsi və ictimai aktivliyin artırılması çağırışına dəstək vermək, eyni zamanda seçki mədəniyyətinin aşağı olduğu ölkəmizdə insanları maarifləndirmək, seçkilər zamanı müxtəlif dairə və məntəqələrdə baş vermiş saxtakarlıqları və qanun pozuntularını yenidən gündəmə gətirməklə cəmiyyətdə ictimai qınaq yaratmaqdır. O cümlədən,necə seçilməyindən asılı olmayaraq “yatmış millət vəkillər”ini (həmçinin bələdiyyə sədrlərini) oyatmaqla onlara seçicilərinin təmsilçisi olduğunu anlatmaq, deputat-seçici ünsiyyətinin daha da yaxınlaşdırmaq və seçicilərin üzləşdiyi problemləri gündəmə gətirməklə həllini sürətləndriməkdir.

Çünki mövcud reallıqda seçki və seçici probleimi cəmiyyətimiz üçün çox aktual olan mövzulardandır. Həm də seçki mövzusu ona görə aktuallığı ilə diqqət çəkir ki, bu prosesin idarə olunması həm daxili, həm da xarici faktorlarla sıx bağlıdır.Bütün hallarda seçkilərin azad və demokratik keçirilməsi Azərbaycan dövlətinin həm daxildə, həm də beynəlxalq səviyyədə nüfuzunun artmasına səbəb olur.

Bəs buna mane olan kimlərdi? Az qala seçki hüququ olan bütün vətəndaşlara gün kimi aydındır ki, 2005-ci ildən başlayaraq ölkəmizdəki seçki prosesləri göstərilən etimada xəyanət edən Ramiz Mehdiyevin gizli drijorluğu ilə idarə olunub. Bununla bağlı Azərbaycan mətbuatı ilə yanaşı xarici media orqanlarında da yüzlərlə yazı dərc olunub.

İnqlab Şirinsoyun müəllifi və aparıcısı olduğu “Seçkidən sonra” verlişinin ilk buraxılışı icra başçısı həbs olunan Kürdəmirlə bağlıdır. Xatırladaq ki, 57 saylı Kürdəmir Seçki Dairəsi 9 fevral 2020-ci ildə keçirilən növbədənkənar parlament seçkilərində ən çox saxtakarlığın qeydə alındığı dairə olub.

“Seçkidən sonra” verlişini ilk sayını təqdim edirik:

Onu da qeyd edək ki, layihə çərçivəsində 125  Seçki Dairəsinin hamısında çəkilişlərin aparılması planlaşdırılıb.Növbəti verilişlər isə Şəki və Mingəçevirlə bağlı olacaq…

Kanal32.az