Trabzonda “Erməni aqressiyasına son!” mitinqi-FOTOLAR

Trabzonlular da “Erməni aqressiyasına son!” kampaniyasına dəstək nümayiş etdiriblər.

Kanal32.az xəbər verir ki,Türkiyənin Trabzon şəhərində azərbaycanlı fəalların təşkilatçılığı ilə “Erməni aqressiyasına son!” şüarı il mitinq və yürüş keçirilib. Yürüş-mitinqə azərbaycanlılarla yanaşı yerli sakinlər- Türkiyə vətəndaşları da böyük rəğbət göstərib.

Azərbaycan diasporunun Trabzonun Atatürk meydanında təşkil etdiyi mitinqdə bu şəhərdə fəaliyyət göstərən Qaradəniz Unverstetinin tələbəsi Hafiz Şükürlü çıxış edərək, Ermənistanın son zamanlarda yenidən qarşı təxribat məqsədli haqqında danışıb. Azərbaycan diasporunun təmsilçisi Elnur Bağırov, həmçinin bir sıra təşkilatların rəhbərləri, Azərbaycan vətəndaşları mininqə qatılaraq Ermənistanın işğalçılıq siyasətinə, ardıcıl təxribatlarına qarşı etiraz şüarları səsləndiriblər.

Yürüş-mitinqə Qaradəniz Unverstetinin professoru Vüslat Çələbi, vəkil Elmar Bayramoğlu, Alpərən ocaqlarinin rəhbəri Mustafa Kara, İlhamə Saraç, Trabzonun yerli siyasi və ictimai xadimləri də dəstək veriblər.