Bu QHT Mingəçevirdə 36 imkansız ailəyə yardım edəcək

“Ailələrə Sosial Dayaq” İctimai Birliyi Mingəçevirdə 36 ailəyə ərzaq yardımı,30 ailəyə isə tibbi ləvazimatlar paylayacaq.

Bugunku günümüzdə bütün dünyanın ortaq problemi olan Covid-19 pandemiyası ölkəmizə də mənfi təsirini göstərmişdir. Azərbaycan Respublikasinin Prezidentinin sərəncamı ilə ölkəmizin aztəminatlı ailələrinə yardım kampaniyası təşkil olunmuşdur. Azərbaycan Respublikasinin Prezidentinin yanında  Qeyri-Hökumət Təşkilatlarına Dövlət dəstəyi Şurasının təşəbbüsü ilə bir çox QHT-lər də bu yardım kompaniyasına qoşulmuşdur. Belə qeyri-hökumət təşkilatlarından biri də Mingəçevir şəhərində fəaliyyət göstərən Ailələrə Sosial Dayaq İctimai Birliyidir. Sözügedən təşkilat da bu təşəbbüsə qoşulub və öz dəstəyini nümayiş etdirməsini bəyan edib.

“Ailələrə Sosial Dayaq” İctimai Birliyindən Kanal32.az-a verilən məlumata görə, ictimai birlik Azərbaycan Respublikası Prezidenti yanında  Qeyri-Hökumət Təşkilatlarına Dövlət dəstəyi Şurasının maliyyə yardımı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşəbbüsü ilə “Pandemiya zamanı ziyan çəkmiş əhalinin aztəminatlı və sağlamlıq imkanları məhdud uşaqların(SİMU) ailələrinə ərzaq yardımı , tibbi ləvazimatlarla köməklik edilməsi” adlı layihəsinə start verib.

Layihə çərçivəsində təşkilat fəaliyyət göstərdiyi Mingəçevir şəhərində yaşayan sağlamlıq imkanları məhdud uşaqların aztəminatlı ailələrini tibbi ləvazimat və ərzaqla təmin edəcəkdir.Layihənin icrası müddətində 36 ailəyə ərzaq yardımı,30 ailəyə isə tibbi ləvazimatlar veriləcək.

Kanal32.az