Avqustdan sərləşdirilmiş karantin rejimi ləğv olunacaq – RƏSMİ

“Avqust ayından sərtləşdirilmiş karantin rejimi ləğv olunacaq”.

Azerbaijantimes.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov bildirib.

Onun sözlərinə görə, avqustdan etibarən insanlar işlərinə normal davam edəcəkləri üçün 190 manatlıq birdədəlik ödəmələrin verilməsi davam etdirilməyəcək.

 

Onu da qeyd ki,ilk mərhələdə 190 manat birdəfəlik ödəməni kartından çıxarmamış və buna görə də növbəti mərhələdə 190 manat almaqdan məhrum edilmiş şəxslər var. 

Azerbaijantimes.az xəbər verir ki, bu barədə iyulun 20-də Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində bildirilib.

Məsələyə münasibət bildirən prezidentin köməkçisi –Prezident Administrasiyasının iqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov qeyd edib ki, 190 manat məbləğində birdəfəlik ödəmə verilmiş müəyyən sayda şəxs bir ay müddətində həmin vəsaitdən istifadə etməyib.

“Bu pul insanlara birdəfəlik yardım üçün verilib və həmin vəsait kartdan çıxarılmayıbsa, deməli, həmin şəxslərin bu vəsaitə ehtiyacları olmayıb. Əgər insan obyektiv səbəbdən, məsələn, xəstəlikdən o vəsaiti götürə bilməyibsə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edə bilər”, – o deyib.