İlham Məmmədov bölgəyə səfər etdi və seçiciləri ilə görüşdü-FOTOLAR

09 İyul 2020-ci il tarixində 48 saylı Yevlax Seçki Dairəsindən Millət vəkili seçilmiş İlham Məmmədov seçildiyi seçki dairəsi üzrə Yevlax şəhərində, rayonun Yuxarı və Aşağı Qarxun , Qoyunbinəsi kəndlərində seçicilərlə görüş keçirib.

Azerbaijantimes.az bildirir ki,görüş Nazirlər Kabineti yanında Opreativ Qərargahın tövsiyyə və tapşırıqlarına əməl etmək şərti ilə keçirilib.İlham Məmmədov öncə seçicilərinə koronavirus pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində  cənab Prezident və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə icra edilmiş qabaqlayıcı tədbirlərdən söhbət açıb.Karantin müddətində vətəndaşlara yardımların edilməsindən işsiz statusu qazanmış, karantin müddətində işini itirmiş şəxslərə dövlət tərəfindən təyin edilmiş ödənişlərdən danışıb.Sahibkarlara dəymiş ziyanın aradan qaldırması məqsədi ilə dövlətin tam qayğısı ilə əhatə olunmalarını seçicilərinin diqqətinə çatdırıb.

İlham Məmmədov dövlətin icra etdiyi tədbirlərin efektliyini artıqmaq məqsədi ilə hərkəsi məsuliyyətli olmağa çağırıb, tibbi maskalardan istifadəinin və sosial məsafə saxlmağın vacibliyini vurğulayıbr. Sonra fərdi qaydada seçicilər dinlənilmiş onları narahat edən məslələrlə bağlı qeydlər götürülmüş, məsələlərin həlli üçün aidiyyati qurumalar qarşısında məsələ qaldırlacağı bildirib.

Millət vəkili daha sonra Qoyunbinəsi kəndində inşa edilən 480 şagird yerlik məktəb binasının tikintisi ilə tanış olmuş, tikinti işlərinin gedişi ilə yaxından maraqlanıb. İlham Məmmədov qeyd edib ki, o seçicilərinin yanındadır və onların qayğılarının həlli istiqamətində hər zaman çalışmağa hazırdır.

Mənbə:Kanal32.az