“Nargis” fondu ağbirçək və ağsaqqalların qapısını döydü…

Azərbaycanda xüsusi karantin rejiminin elan olunduğu gündən etibarən “Nargis” fondu tərəfindən Bakı, Bakı ətrafı və Sumqayıt üzrə 40-dan çox ağbirçək və ağsaqqallarımız bir aylıq ərzaq məhsulları ilə təmin edilib.

Azerbaijantimes.az xəbər verir ki,bu barədə virtualaz.org-a “Nargis” fondundan məlumat verilib.

“Lakin bu müddət ərzində virusla əlaqədar köməyə ehtiyacı yaranan müxtəlif kateqoriyalı insanlardan bizə çoxlu müraciətlər daxil oldu. “Nargis” fondu olaraq heç kəsin halına biganə qala bilmirik. Müraciət etmiş hər bir şəxslə ayrılıqda əlaqə saxlayıb qeydiyyata aldıq. Beləliklə “Nargis” fondu olaraq xeyriyyə kampaniyamızı davam edirik. Bu xeyirxah işdə bizə qoşulmaq, vətəndaşlarımıza dəstək olmaq istəyən hər kəs bizə müraciət edə bilər. Özünüzü qoruyun!”-fondun çağırışında bildirilir.

Azerbaijantimes.az