Rusiya Azərbaycanlıları İttifaqı bəyant yaydı

Rusiya Azərbaycanlıları İttifaqı təşkilatın mətbuat xidmətinin sabiq rəhbəri Anar Həsənovla bağlı bəyant yayıb.

Bəyanatda deyilir:

Rusiya Azərbaycanlıları İttifaqının mətbuat xidmətinin rəhbəri Anar Həsənov ötən həfətə tutduğu vəzifədən azad edilib.O artıq qurumun sabiq əməkdaşı hesab olunur.Ona görə də onun bu günlərdə həm Azərbaycan,həm də Rusiya dövlətləri ilə,o cümlədən ictimai-siyasi məsələrlərlə bağlı səsləndirdiyi fikir və mülahizələr Anar Həsənovun şəxsi mövqeyidir və Rusiya Azərbaycanlıları İttifaqının mövqeyi kimi qiymətləndirilməməlidir.Bizim təşkilat diaspor fəaliyyəti çərçivəsində gördüyü hər bir işi Azərbaycan dövlətinin mövcud siyasətinə uyğun şəkildə həyata keçirib və xaricidə yaşayan soydaşlarımıza müxtəlif istiqamətlərdə kömək göstərib.

Onu da bəyan edirik ki, Rusiya Azərbaycanlıları İttifaqı və Ümumdünya Azərbaycan Mədəniyyət Fondunun prezidenti Fizuli Məmmədov hər zaman Prezident İlham Əliyevin bütün sahələrdə həyata keçirdiyi islahatları,Azərbaycan dövlətinin apardığı siyasi və ideolji xətti dəstəkləyib.