Fizuli Məmmədov bunu da etdi-FOTOLAR

Tanınmış iş adam,xeyriyyəçi və diaspor rəhbəri Fizuli Məmmədov soydaşlarımız üçün hər kəsə örnək olacaq daha bir addım atıb.

Kanal32.az xəbər verir ki,məlum koronavirus pandemiyası ilə bağlı Rusiya Federasiyasında da müxtəlif səpkili qərarlar qəbul olunub.Bir çox ölkələrə aviareyslər dayandırılıb.Məhz bu addımdan sonra ölkənin müxtəlif şəhərlərindəki,o cümlədən paytaxt Moskvadakı aeroportlarda minlərlə insan qalıb.Bunların içərisində xeyli sayda azərbaycanlılar da var.Neçə gündür hava limanlarında qalan soydaşlarımızın dəstəyə ehtiyclarının olması təbii ki,qaçılmazdır.

Bu dəstəyi isə Rusiyada yaşayan imkanlı azərbaycanlılar arasında ilk dəfə Rusiya Azərbaycanlıları İttifaqının və Ümumdünya Azərbaycan Mədəniyyət Fondunun prezidenti Fizuli Məmmədov göstərib.Belə ki,Rusiya Azərbaycanlıları İttifaqının üzvləri aeroportlarda qalan soyadaşlarımıza,o cümlədən müsəlmanlara isti yeməklər,çay,su,kofe,nəm salfetlər,qoruyucu maskalar və digər qidalar paylayıblar.Onlara maddi və mənəvi dəstək göstəriblər.

Qeyd edək ki,soydaşlarımızın qida təminatı hər gün həyata keçirilir.Göstərilən bu diqqət və qayğıya görə soydaşlarımız,həmçinin başqa xalqlardan olan müsəlmanlar Fizuli Məmmədova və Rusiya Azərbaycanlıları İttifaqının üzvlərinə minnətdarlıqlarını ifadə ediblər.

Mənbə:Kanal32.az